İlk dəfə prokurorluğa işə götürülənlər sınaq müddətinə vəzifəyə təyin ediləcək
İlk dəfə prokurorluğa işə götürülənlər sınaq müddətinə vəzifəyə təyin ediləcək
İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün altı aylıq stajorluq müddəti müəyyən edilib.
Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Baş Prokuror hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin ediləcək. Rəyi mənfi olarsa, stajor attestasiyadan keçiriləcək. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunacaq.
Qüvvədə olan qanuna əsasən, ilk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün bir illik stajorluq müddəti müəyyən edilirdi. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilirdi. Attestasiyanın nəticəsindən asılı olaraq onun altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunurdu.
Eyni zamanda prokurorluq işçilərinə ali xüsusi və ali hərbi rütbələrin verilməsi qaydasına da dəyişiklik edilir.Prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra veriləcək. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar