İlk görüş bank qarəti ilə bitdi - FOTO
İlk görüş bank qarəti ilə bitdi - FOTO
ABŞ-ın Massaçusets ştatından olan Şelbi Sampsonun internetdən tanış olduğu kişi ilə ilk görüşü bank qarəti ilə bitib.
Bu barədə "The Sun Chronicle" xəbər yayıb.
Bildirilir ki, Sampson Rod-Aylend ştatından olan Kastilio ilə sosial şəbəkədə tanış olub. Bir müddət söhbət etdikdən sonra onlar görüşməyə qərar veriblər. Sampson və o Massaçusetsə yollanıblar.
Orada qızın yeni tanışı maşını bankın yanında saxlamasını istəyib və avtomobildən düşüb gedib. Bir müddət sonra isə tər içində qayıdıb. Həmin vaxt onun əlində silah və pul olub. O, maşına minərək, qıza maşını sürətlə sürməsini əmr edib.
Sampson onun dediyini edib, lakin tezliklə sayrışan işıqlı polis maşınını görərək, avtomobilini saxlayıb. Kastilio dərhal həbs edilib.
Polisin məlumatına görə, cinayətkar tapança ilə banka girərək 1000 dollar (1700 AZN) tələb edib. Sonra isə Sampsonun maşınında cinayət yerindən qaçmağa çalışıb.
33 yaşlı amerikalı silahlı qarət və hüquq mühafizəçilərinə hücumda təqsirli bilinərək, beş il müddətinə azadlıqdan məhrum edilib. Sampsonun isə təqsirsizliyi sübut olunub.



Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb