İllərdir doğru bilmişik - yanacaq qənaətində 5 böyük yalan
Yanacaq qiymətlərinin yüksək olduğu dövrdə sürücülər qənaət üçün müxtəlif yollara əl atırlar. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu 5 üsul əslində sizi daha çox xərcə sala bilər:
azxeber.com xəbər verir ki, eniş aşağı gedərkən sürət qutusunu "N" (neytral) vəziyyətinə gətirmək yanacağa qənaət edir.
Müasir mühərriklərdə ayağınızı qazdan çəkdiyinizdə yanacaq verilişi avtomatik kəsilir. Boşda hərəkət isə əyləz məsafəsini uzadır və təhlükəsizliyi ciddi şəkildə pozur.
Kondisioner çox yandırır, ona görə də onu heç vaxt işlətməmək lazımdır.
Uzun müddət işləməyən kondisioner sistemindəki kiçik detallar (contalar) quruyur və böyük xərclərə yol açır.
Həmçinin, yüksək sürətlə gedərkən şüşələri açıq saxlamaq avtomobilin aerodinamikasını pozur ki, bu da kondisionerdən daha çox yanacaq sərfiyyatına səbəb olur.
Səhərlər maşını sürməzdən əvvəl dəqiqələrlə gözləmək lazımdır.
Müasir mühərriklər işə düşdükdən 30-60 saniyə sonra aşağı sürətlə hərəkət edərək daha sürətli və sağlam isinir. Yerində boş-boşuna işləmək sadəcə yanacaq israfıdır.
Təkərlər çox şişkin olsa, sürtünmə azalar və yanacaq qənaəti artar.
Bu, avtomobilin yolla təmasını zəiflədir, təkərlərin qeyri-bərabər yeyilməsinə və qəza riskinə səbəb olur.
Avtomobilin çəkisini azaltmaq üçün yanacaq çənini həmişə yarıda saxlamaq lazımdır.
Bunun çəki fərqi qənaət üçün yox deyiləcək qədər azdır. Əksinə, yanacaqdoldurma məntəqəsinə tez-tez getmək həm vaxt itkisi, həm də əlavə yol xərcidir.
Bəs həqiqətən necə qənaət etməli?
Sərt qaz və qəfil əyləcdən qaçın.
Magistral yollarda sürəti cəmi 10-15% azaltmaq yanacaq sərfiyyatını ciddi dərəcədə aşağı salır.
Baqajdakı lazımsız əşyalar və istifadə olunmayan tavan yük yerləri (baqajı) çıxarılmalıdır.
Təmiz hava filtri və doğru yağ seçimi mühərrikin ən effektiv rejimdə işləməsini təmin edir.
/Milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı