İmişlinin icra başçısı ailəsi ilə kirayədə qalır - RƏSMİ AÇIQLAMA
İmişlinin icra başçısı ailəsi ilə kirayədə qalır - RƏSMİ AÇIQLAMA
İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.
"Qafqazinfo"ya daxil olan açıqlamada bildirilir ki, məlumatların heç biri həqiqətə uyğun deyil.
"Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik", - deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edib.


Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı