İmmuniteti gücləndirən qidalar
Qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. İmmuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər. Xüsusilə də lobya güclü immunomodulyator sayılır.
Milli.Az bildirir ki, həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a deyib: "Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir. Bundan başqa soğan və sarımsağın tərkibində olan fitonsidlər viruslara qarşı orqanizmi möhkəmləndirir. Bal, arı südü, propolis kimi qidalardan istifadə olunması da çox xeyirlidir. Həmçinin limon, portağal və digər sitrus meyvələrinin tərkibində çoxlu miqdarda askorbin turşusu olduğuna görə orqanizmi gücləndirmək qabiliyyətinə malikdir".
Bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları da qəbul edilir, lakin bu zaman ardıcıllığa fikir vermək lazımdır. Həkim-terapevt deyib: "Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalar daxil etmək daha düzgündür".
Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ