İmmunitetimizin mərkəzi kürəkdə yerləşir – Onurğa beyninin aktiv olması üçün nə etməli?

İmmunitetimizin mərkəzi kürəkdə yerləşir – Onurğa beyninin aktiv olması üçün nə etməli?Çin tibb alimləri insan immunitetinin onun onurğasının vəziyyətindən asılı olduğunu bildirir. Həkimlər və insanlar əsrlərdir immunitetin möhkəmlənməsinin bütün xəstəliklərə çarə olduğunu deyir, amma heç kim immunitetin harda yerləşdiyini bilmir.
Uzun illərdir bu axtarışlar davam edir, bir çoxları onun beyində, yeni elmi təcrübələr bağırsaqlarda olduğu fikrini irəli sürür. Lakin bunların heç biri dəqiq deyil.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qədim Çin təbabəti elə indi də immunitetin mərkəzinin onurğada və sümük iliyində olduğunda israrlıdır. Nəyə görə?
Çünki onurğa sütunu boyu hərəkət edən onurğa beyni qan dövranının ən çox baş verdiyi hissədir və burda immun hüceyrələr yaranır. Onurğa iliyi daha çox çanaq hissədə və onurğa qığırdaqlarının daxilində yerləşir.
Əgər bir insanın onurğası, qaməti, yerişi əyridirsə, skoliozu, kifozu, yırtığı varsa, belində, kürəyində xroniki ağrılar olursa, deməli onurğa beyin, iliyinin də vəziyyəti normal deyil.
Onurğa beyni onurğa boyu baş beyinə kimi maneəsiz, rahat gedib çatmalıdır. Bunun üçünsə qamət düz, onurğa sütunu hərəkətli olmalıdır. Hərəkət olan yerdə qanla qidalanma və hüceyrə yenilənməsi də baş verir. Kirəclənmiş və hərəkətsiz, əyri onurğa beyində onurğa beyni yaxşı hərəkət etmir və bu insanın sağlam olmasından söhbət gedə bilməz.
Eləcə də immunitetin dirijoru baş beyindir. Məhz beyin bütün orqan və sistemlərə siqnal ötürüb, onlardan cavab siqnallarını alır. Bu siqnallar da onurğa beyni ilə icra olunur. Onurğa beyni zədələndikdə beldən aşağı orqan və toxumalara, ətraflara, eləcə də onurğanın yuxarı hissəsi zədələndikdə qollara beyindən sinir ucları ilə siqnal getmir.
Burdan da o aydın olur ki, immunitetin və bütün bədənin dirijoru olan baş beyin bütün periferiyalarda fəaliyyət göstərməsi üçün onurğa beyindən asılıdır.
Əgər onurğa sütununda pozulmalar, deformasiyalar, əyilmə, iltihab, yırtıq varsa, deməli beyindən bədənə siqnallar da pozulur.
Bəs nə etməli?
İlk növbədə MRT çəkimi ilə onurğa sütunu və beyninin vəziyyəti müayinə olunmalıdır.
Daha sonra onurğa üçün baza prinsipi - kürək əzələlərinin boşalmasını təmin etmək lazımdır. Bəli, səhv eşitməsiz. Bəzi həkimlərin dediyi kimi kürək əzələ korsetini idmanla və fizioterapiya ilə dəmir kimi möhkəm etmək yox, yumşaltmaz.
Çünki onurğa sütunun əyilməsi və skolioz elə kürək əzələlərinin gərginliyi, belə deyək qamış kimi eyni vəziyyətdə durmasından daha da dərinləşir.
Onurğa ətrafı və bel ağrılarını verən də elə əzələlərdir. Əgər beliniz ağrıyırsa, bu nadir halda onurğa yırtığından olur, 90% hallarda bu əzələ spazmı, quruması və gərilməsidir. Buna əzələlərin hipertonus vəziyyəti deyilir.
Hipertonuslu əzələ qrupları sümükləri, onurğanı özünə doğru çəkir, sıxır və onun əyilməsinə zəmin yaradır.
Yalnız əzələləri yumşaq, boş, rahat tutmaqla siz onurğa sütununuzu və onun içində dövr edən onurğa beynini rahat buraxa bilərsiz. Onurğanıza təbiətin düşündüyü real formasını verin.
Ona görə də gəzərkən, oturarkən əzələləri boşaldın, gərgin əzələləri masaj, fizioterapiya, manual terapiya, yoqa, idman və s. ilə əzələlərin maksimum gərginlikdən azad etməni istəyin.
Əzələlər daha çox masaj stolunda və çarpayıda, insan horizontal vəziyyətdə olanda boşalır, ona görə yerinizdə uzanarkən kürək əzələlərinizi boş buraxın.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 11 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar kriminal xeberler cəbhədən video valyuta