İmran Xan terrorçuluqda ittiham olunur
İslamabad polisi Pakistanın sabiq baş naziri və müxalif "Ədalət uğrunda hərəkat" partiyasının sədri İmran Xana, onun 17 köməkçisinə və onlarla tərəfdarına qarşı terrorçuluq və digər milli qanun pozuntuları ittihamı irəli sürüb.
KONKRET.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
İttihamlar bir gün əvvəl İslamabadda Xanın kortejini müşayiət edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Ədalət uğrunda hərəkat" partiyasının tərəfdarları arasında toqquşmadan sonra irəli sürülüb.
Pakistanın keçmiş baş naziri vəzifədə olarkən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışı ilə bağlı keçirilən məhkəmə iclasında iştirak etmək üçün paytaxtın rayon məhkəməsinə gedirmiş.
Belə ki, toqquşmalarda 50-dən çox polis əməkdaşı yaralanıb, 59 Xan tərəfdarı həbs edilib.
İttihamlar siyahısına terrorçuluq, polis əməkdaşlarına işlərinə mane olmaq, asayiş keşikçilərinə hücum etmək, polis əməkdaşlarına xəsarət yetirmək və onların həyatını təhlükəyə atmaq kimi maddələr var. Bu cinayətlərdə Xandan başqa bir neçə sabiq nazir və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) keçmiş spikeri də ittiham olunur.//Report
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir