İmran Xan Zakir Həsənovu QƏBUL ETDİ
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri İmran Xan arasında görüş keçirilib.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb", – məlumatda qeyd olunub.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti