İmtahan üçün ödəniş məbləği bahadır - STM analitik hesabatını açıqladı

İmtahan üçün ödəniş məbləği bahadır - STM analitik hesabatını açıqladıSosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan "Azərbaycan Barometri" jurnalının ikinci sayında "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli" ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Daxili siyasətin təhlili departamentinin müdiri Tahirə Allahyarovanın təqdim etdiyi hesabatda qeyd olunur ki, bu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsi, yəni yeni təhsil modelinin tətbiqi cəmiyyətə böyük müzakirələr doğurub. Bu barədə müsbət və mənfi yanaşmaların davam etdiyi bir şəraitdə Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.
STM 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülərək 10 şəhər və rayonu əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib. Sorğunun nəticələrinin təhlili göstərir ki, müasir təhsil texnologiyasına uyğun modelin tətbiqi barədə geniş maarifləndirmə işi həyata keçirilsə də, onun mənimsənilmə arealından bəzi abituriyentlər kənarda qalıb. Çünki kurikulumları mənimsəmə problemi meydana çıxıb:
"Ümumi fikrə görə, bu modelin tətbiqi orta və ali təhsil səviyyələri arasındakı bağları gücləndirir. Respondentlərin 45%-i yeni modeli faydalı hesab etməsə də, ekspertlər bildirir ki, yeni qəbul üsulu axtarışlara və islahatlara zəmin yaradaraq keyfiyyətə xidmət edir. Yeni qəbul modelinin məzmununa diqqət yetirərkən məlum olur ki, kurikulumla tətbiq edilən modelin proqramları arasında müəyyən problemlər mövcuddur. Hesabatda İctimaiyyətin test üsuluna birmənalı olmayan münasibəti də geniş tədqiq edilib. Ən vacib detallardan biri isə təhsildə repetitorun rolu ilə bağlı olub. Məlum olub ki, sorğuda iştirak edən abituriyentlərin 86%-i repetitor yanında, 8 %-i məktəbdə, 6%-i isə özünün hazırlaşdığını bildirib".
Hesabatda bildirilir ki, fikri soruşulan abituriyentlərin 60 %-i qəbul imtahanlarının, 30%-i isə buraxılış imtahanlarının çətin olduğunu ifadə edib. Onların 54%-i açıqtipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkiblər. Əsas narahatlıq doğuran məqamlardan biri kimi isə yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemləri, xarici dillər üzrə dinləmə qurğularının tətbiqindəki çatışmazlıqları bildiriblər:
"Təhsil ekspertləri isə böyük müzakirə doğuran bir məsələyə diqqət çəkirlər ki, bu il balların aşağı düşməsi ətrafında ajiotaja ehtiyac yoxdur, yeni modelə keçidlə əlaqədər bu, müvəqqəti məsələdir. İmtahanda iştirakla bağlı ödənişin məbləği 50% respondentə görə bahadır. Sorğunun nəticələri və müşahidələri də göstərir ki, abituriyentlərin imtahana mənəvi - psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45%) və müəllimlərin (33%) rolu varmış. Ümumi fikrə görə, orta məktəblərin tədris proqramlarında, kurikulumların mahiyyətinin mənimsənilməsində, dərsliklərin yazılmasında ciddi problemlər mövcuddur".
Hesabatda bildirilir ki, bu il Apellyasiya Komissiyasına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə çoxdur. Üstəlik, Apellyasiyada abituriyentlərin haqlı çıxma halları da bu il daha çox müşahidə olunub. Xüsusilə açıq tipli tapşırıqların bəzilərinin DİM-in markerləri tərəfindən qiymətləndirilməsindən sonra ortaya çıxan bəzi xətalar imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inamı istər-istəməz azaldır: "Maraqlıdır ki, respondentlərin 22%-i (98 nəfər) bu fikirdədir ki, buraxılış və qəbul imtahanlarının yeni modeli təkmilləşdirilməlidir. 53,5% (242 nəfər) respondent imtahanların əvvəlki model üzrə keçirilməsinin, 4,5%-i (19 nəfər) test üsulu ilə qəbulun ləğv olunmasının, 8%-i (38 nəfər) imtahanların bir dəfə keçirilməsinin tərəfdarı kimi çıxış etmişdir. Ekspertlər arasında da bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilir. Belə ki, onların bir qismi ikipilləli imtahan modelini qəbul edir, lakin bu il keçirilən imtahanların nəticələrini ətraflı təhlil edib çatışmazlıqları aradan qaldırmaq, bu sahədə axtarışlar və islahatlar aparmaqla yeni modeli daha da təkmilləşdirmək haqqında düşünürlərsə, digərləri təkpilləli, yəni yalnız qəbul imtahanlarının keçirilməsinin tərəfdarı kimi çıxış edirlər".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 18 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndəriləcək. xəbər verir ki, qatar sabah Biləcəri stansiyasından yola salınacaq

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge"-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChalleng

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, minera

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib

Yelo Bank-ın dəstəyi ilə gənc xanımların inkişafını və karyera imkanlarını genişləndirən "Violette Mentorship" proqramının növbəti məzun günü keçirilib. xəbər verir ki, bankın ev sahibliyi etdiyi builki məzuniyyə

Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR

Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci "YAŞAT" düşərgəsinə start verilib. Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə "YAŞAT" Fondunun və "ASAN Könüllüləri"

"ColorStorm"un Abşeron Ticarət Mərkəzində böyük mağaza və "showroom" açılışı - Fotolar

Dekorativ boya və interyer həlləri sahəsində fəaliyyət göstərən "ColorStorm" şirkətinin Abşeron Ticarət Mərkəzində yerləşən yeni böyük mağaza və "​showroom"unun açılışı uğurla baş tutub. xəbər verir ki


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag en son xeber son xeberler bu gun son xeberler azerbaycan