İnanılmaz fürsət! 1 günə rayonlara çatdırılma - VİDEO

İnanılmaz fürsət! 1 günə rayonlara çatdırılma - VİDEOArtıq bir müddətdir ki, sosial şəbəkələrdə qarşımıza poçt layihəsi ilə bağlı xəbərlərlə qarşılaşırdıq.
Bizim də marağımızı doğuran mövzu haqqında məlumat topladığımız zaman məlum oldu ki, həmin layihə "FedEx"in Azərbaycandakı rəsmi nümayəndəsi olan "Azeri Express" şirkətinə məxsusdur. Biz də qərara aldıq ki, şirkətin rəhbəri Şaiq Qəribzadə ilə bu barədə ətraflı danışaq.
- Hər vaxtınız xeyir! Son günlər poçt layihəsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər dolaşır. Ümumiyyətlə, bu mövzuda nə deyə bilərsiniz?
Bildiyiniz kimi, "Azeri Express" şirkəti 1995-ci ildən Azərbaycanda poçt sahəsi üzrə xidmət göstərir. 1997-ci ildən bu yana TNT şirkətinin, 2018-ci ildən isə "FedEx"in Azərbaycanda rəsmi nümayəndəsidir. 2015-ci ildən şirkət həm Bakı, həm də ölkədaxili çatdırılmanı təşkil etməyi qərara aldı. Bu ilin əvvəlində biz bazarda tələbatın yarandığını hiss edərək "Poçt" layihəsinə start verdik. Bu layihədə məqsədlərdən biri Bakıda və ölkənin digər bölgələrində təslim məntəqələrinin yaradılmasıdır.
Həmin "Poçt" məntəqələrinin xidmət növləri nələrdir və sizə görə kimlərə maraqlı ola bilər?
Bizim məqsədimiz odur ki, layihə çərçivəsində vətəndaşlar ümumi poçt xidmətlərindən yararlansınlar. Məntəqələrə daxil olub, Azərbaycanın istənilən bölgəsinə bağlama və ya məktub göndərə bilərlər. Və yaxud hansısa satışla məşğul olan biznez sahibləri və karqo şirkətləri bağlamalarını bizə təqdim edə, müştərilər isə bizim məntəqələrimizdən gəlib götürə bilərlər. Bu, bayaq sadaladığım şirkət və biznes sahiblərinin rayonlara çatdırma problemini həll edəcək, üstəlik onlar bölgələrdə filial açmağa məcbur olmayacaqlar. Onu da qeyd edim ki, biz ölkənin hər bir bölgəsinə 1 günə çatdırma edirik.
İnanılmaz fürsət! 1 günə rayonlara çatdırılma - VİDEOŞaiq bəy, gələcək planlarınız nədən ibarətdir?
Planlarımız ondan ibarətdir ki, bu ilin sonuna qədər Azərbaycanda 10 "Poçt" məntəqəsi açılsın. Hazırda bankların biri ilə danışıqlarımız gedir. Bu ona görədir ki, məntəqələrimizdə vətəndaşlara bank xidmətləri də göstərilsin. Müştərilər pul köçürmələrini, kredit ödənişlərini, ümumiyyətlə bankla bağlı işlərini bizim məntəqələrimizdə rahat görə bilsin. Artıq "MilliÖn" və digər onlayn ödəmə platformaları ilə ilkin anlaşmamız var. Bu o deməkdir ki, həm də ödənişlərin yığımı problemini həll edəcəyik. Ümumi layihənin məqsədir odur ki, Azərbaycanın hər bir bölgəsində məntəqə sahibi olmaq və Azərbaycanda E-commerce -in (Onlayn satış və ticarət) inkişafına töhfə verməkdir. Onu da qeyd edim ki, qısa zamanda müştərilər mobil tətbiqimizi yükləyərək onun vasitəsilə "Poçt" ilə bağlı işlərini həyata keçirə biləcəklər. Həm də bağlamalarının harada olduğunu mobil tətbiq vasitəsi ilə izləmə imkanına malik olacaqlar. Bir də müştərilər bizim şirkətə aylıq ödəniş etməklə məntəqələrimizdən birini öz ünvanı kimi istifadə edə biləcək. Bu da vətəndaşlara, şirkətlərə çatdırılmada işlərini daha asan edəcək.
İnanılmaz fürsət! 1 günə rayonlara çatdırılma - VİDEOHələ ki, e-ticarət sahəsi ölkədə geniş miqyas almayıb. Qeyd etdiyim məqam sizin layihənin gələcəyini risk altına salmır?
Bizim indiki vəziyyətdə əsas müştərilərimiz xarici ölkədən e-ticarətlə məşğul olan karqo şirkətlər və fərdi şəxslərdir. Ölkədaxili e-ticarətdən danışırıqsa, razıyam ki, hazırda böyük bazar yoxdur. Amma biz inanırıq ki, bu sahə inkişaf edəcək və biz lazım olan səviyyəyə gələrək bazarın daha da geniş vüsət almasına öz töhfəmizi verəcəyik.

İqtisadiyyat       Tarix: 09 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com metbuat xeberleri valyuta mezenesi meherremlik 2026