"İndi növbə Zəngəzur dəhlizinə çatıb" - Arman Melikyan
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına müsahibəsi Ermənistanda hələ də müzakirə edilir. Cənab Prezidentin hər bir kəlməsini təhlil etməyə çalışan erməni ekspertlər hesab edirlər ki, Cənub Qafqazda artıq yeni reallıq yaranıb və bu reallıqla barışmaq lazımdır.
Bəzi erməni politoloqlar müsahibəni bənd-bənd təhlil edərək belə bir qənaətə gəliblər ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər erməni cəmiyyətində ruh düşkünlüyü yaradacaq.
Erməni politoloq Arman Melikyan bildirib ki, indi növbə Zəngəzur dəhlizinə çatıb:
"Etiraf etməliyəm ki, gərginlik artmaqda davam edir. Bu nə vaxtsa vəziyyətin dəyişməsinə, regionda yeni aktorların mümkün iştirakı ilə hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər".
Melikyanın fikirincə ermənilərin acınacaqlı duruma düşməsində əsas günahkar Rusiyadır: "Son on ildə Rusiya Ermənistanın və Qarabağın hərbi-siyasi cəhətdən məhvi ilə məşğul olub. Nəticə göz qabağındadır. Qarabağ əldən getdi və ermənilərin geri qayıtması mümkün deyil. İndi Rusiya Ermənistanla bağlı siyasətini davam etdirir. Çox güman ki, ruslar erməni dövlətçiliyinə də ciddi zərbə vuracaqlar".
Vəli Həsənov,
KONKRET.az

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı