İndiki şəraitdə İran Azərbaycana hücum edə bilərmi? – ANALİZ

İndiki şəraitdə İran Azərbaycana hücum edə bilərmi? – ANALİZTehrandakı səfirliyimizə edilən terror hücumu və İranın bu hadisəyə düzgün qiymət verməməsi fars rejimi ilə rəsmi Bakı arasında gərginliyi bir az da artırırb. Bundan başqa, Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxsin Tehranın dəstəklədiyi HƏMAS üzvü olması və İsrailin cavab kimi İranın bir sıra hərbi obyektlərinə bomba zərbəsi endirməsi vəziyyəti pik həddə çatdırıb. Aydındır ki, fars-molla rejimi bu məsələdə də rəsmi Bakını ittiham etməkdən və guya İranın hərbi obyektlərinin Azərbaycan ərazisindən bombalandığını deməkdən çəkinmir. Bütün bunların fonunda beynəlxalq ekspertlər İran və Azərbaycan arasında müharibənin baş verə biləcəyi ilə bağlı bir sıra ehtimallar səsləndirirlər.
Beynəlxalq siyasi ekspertlərin fikirlərinə az sonra nəzər yetirəcəm. Ancaq öncə İranın Azərbaycana hücumunun nə qədər real olub-olmaması ilə bağlı arqumentlərə nəzər salmaq lazımdır. Hesab edirəm ki, hazırkı şəraitdə İranın siyasi elitası Azərbaycana hücum etməyi heç ağlının ucundan belə keçirə bilməz. Səbəb çox sadədir. İlk öncə Türkiyə faktorunu nəzərə almaq lazımdır. Azərbaycan və Türkiyə qardaş ölkə olmaqla yanaşı həm də hərbi müttəfiqdir. İranın hücumu zamanı Türkiyənin müharibəyə qoşulacağını rəsmi Tehran yaxşı bilir. Həmçinin Türk ordusunun qarşısında aciz olduqlarını da anlayırlar. Məhz bu səbəbdən də İran heç zaman Azərbaycanla müharibəyə cəsarət etməyəcək.
Digər vacib amil isə Azərbaycanın regiondakı nüfuzu, hərbi qüdrəti ilə bağlıdır. Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın güclü orduya və yüksək səviyyəli döyüş texnikasına malik olduğunu bütün dünyaya nümayiş etdirib. Üstəlik hazırda bir sıra beynəlxalq iqtisadi layihələrdə birbaşa iştirak edən rəsmi Bakı Qərbdən böyük dəstək alır. Məhz bu amilləri İranın əl-qolunu bağlayan mühüm faktor kimi qeyd etmək mümkündür.
Üçüncüsü, Tehranın rəsmi Bakı ilə müharibə etməyə sadəcə olaraq mənəvi gücü qalmayıb. Tükənmək üzrə olan rejimi daxildəki etirazlar daha da zəiflədib. Hazırda ölkədə baş verən etirazları yatırmaqda çətinlik çəkən fars rejimini İsrailin bombardmanları da çaş-baş qoyub. Odur ki, İranın nəinki Azərbaycana, hətta ən kiçik qruplaşmalara qarşı belə hərbi əməliyyatlara başlamaq gücü qalmayıb.
Qeyd edək ki, regiondakı prosesləri dərindən izləyən beynəlxalq siyasi ekspertlər İran və Azərbaycan arasındakı müharibə ehtimalını təxminən eyni cür dəyərləndirirlər. Ancaq, buna baxmayaraq, fərqli yanaşmaların da mövcudluğu nəzərə çarpır:
"İran öz ordusunun zəif olduğunu yaxşı bilir. Tehranın Suriyada və İraqda necə pərişan olduğunu və ABŞ-dan yardım istədiyini xatırlamaq yerinə düşər. Fars rejiminin Taliban qruplaşması ilə bacarmadığı da göz önündədir. Çünki İran ordusu çox parçalanıb və rəsmi Tehranda bunu dərk edirlər. Odur ki, İranın Azərbaycana hücumu yalnız xülyadır", – deyə beynəlxalq ekspertlərin fikirlərində qeyd olunur.
Lakin fərqli fikir səsləndirənlərə və İran-ABŞ ittifaqının gerçəkləşəcəyini düşünənlərə də rast gəlmək mümkündür:
"İran-ABŞ ittifaqı baş tutsa və Pentaqon rəsmi Tehrana havadan dəstək versə, o zaman fars rejimi Bakıya hücum edə bilər. ABŞ, İraq və Suriyadakı sünni müsəlmanları qovmaq üçün İranı onların üzərinə salıb istəyinə nail olduqdan sonra Tehranın ipini çəkərək onu geri oturdub. Yəni İranın ABŞ-a xidmət göstərdiyinə dair kifayət qədər faktlar mövcuddur", – bəzi beynəlxalq siyasi ekspertlər belə düşünürlər.
Ancaq bu arqumentlərin heç bir əsasının olmadığını düşünmək üçün kifayət qədər əsaslarımız mövcuddur. Birincisi, Cənubi Qafqaz regionu olduqca mürəkkəb və dünyanın diqqətində olan bir ərazidir. Bura Şərqlə-Qərbi birləşdirən ticarət yolunun tam ortasıdır. Çin, Hindistan və digər ölkələrdən gələn yüklər məhz Bakı vasitəsi ilə Avropaya çatdırılır. Üstəlik Azərbaycan Qərbin enerji ehtiyaclarının ödənməsində mühüm rol oynayır.
Digər tərəfdən ölkəmizin ərazisindən Avropaya neft və qaz nəql edən beynəlxalq boru kəmərləri keçir. Bütün bu məsələlər ABŞ-ın Bakıya hücum üçün İrana dəstək verməyəcəyini ortaya qoyur. Üstəlik Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə NATO üzvüdür və Vaşinqton bu faktoru nəzərdən qaçıracaq qədər ağılsız deyil. İranın ABŞ-ın dəstəyi ilə Azərbaycana hücumu və rəsmi Ankaranın bu müharibəyə qoşulması, dolayısı ilə iki NATO dövlətinin – ABŞ və Türkiyənin qarşıdurması deməkdir. Bunun mümkünsüz olduğunu isə hətta siyasi savadı olmayan şəxslər də anlaya bilir. Bir sözlə, Azərbaycanın dünyada artan nüfuzu və güclü beynəlxalq müttəfiqlərinin olması İranın rəsmi Bakı ilə bağlı bütün mənfur planlarının üzərindən qırmızı xətt çəkir.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 01 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri son xeberler bugun 2026 azerbaycan maraqlı xəbərlər cəbhədən son məlumat