İlham Əliyev Dubayda Paşinyanla sülh sazişini müzakirə edəcək? - İDDİA

İlham Əliyev Dubayda Paşinyanla sülh sazişini müzakirə edəcək? - İDDİAAzərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bu ayın sonlarında Dubayda görüşməyə hazırlaşırlar.
KONKRET.az xəbər verir ki, bu iddia "Middle East Eye" saytında yer alıb. Mənbə xatırladır ki, hazırda tərəflər arasında sülh sazişi ilə bağlı danışıqlar davam edir.
İki lider sonuncu dəfə bu ilin mayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində görüşərək, əlaqələri açıq saxlamaq öhdəliyi götürmüşdülər.
Mart ayında Ermənistan və Azərbaycan sülh sazişinin layihəsi üzrə razılığa gəlsələr də, Bakı sənədin imzalanmasından öncə bir neçə əlavə şərt irəli sürür.
Azərbaycanın əsas tələbləri aşağıdakılardır:
Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə dair istinadların çıxarılması;
Ermənistandakı Avropa İttifaqı Monitorinq Missiyasının (EUMA) fəaliyyətinin dayandırılması;
ATƏT-in Minsk Qrupunun ləğvi (Bakı bu qurumu son 30 ildə qərəzli fəaliyyət göstərməkdə ittiham edir).
Ermənistan və Azərbaycan arasında münaqişə 1993-cü ildə, Sovet İttifaqının dağılmasından sonra "Dağlıq Qarabağ"ın işğalı ilə başlamışdı.
2020-ci ilin payızında baş vermiş 6 həftəlik müharibədən sonra Azərbaycan 2023-cü ilin sentyabrında bölgəni tam nəzarətə götürmək üçün hərbi əməliyyat keçirdi və atəşkəs əldə olundu. Nəticədə əksər etnik ermənilər bölgəni tərk etdi, qondarma "Artsax Respublikası" isə 1 yanvar 2024-cü ildə ləğv olundu.
Məlumata bələd iki mənbə nəşrə bildirib ki, Dubayda planlaşdırılan görüş müsbət siqnaldır və bu, onu göstərir ki, tərəflər fikir ayrılıqlarına baxmayaraq, dialoqa sadiqdirlər.
Ekspertlərin fikrincə, gələn il Ermənistanda keçiriləcək seçkiləri nəzərə alsaq, Paşinyan yaxın müddətdə konstitusiya referendumu keçirə bilməyəcək.
Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinə bələd olan digər bir mənbə qeyd edib ki, Prezident İlham Əliyev BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyanla yaxın əlaqəyə malikdir.
Mənbənin sözlərinə görə, BƏƏ Cənubi Qafqazda münasibətləri yaxşılaşdırmaq üçün danışıqlara ev sahibliyi etməkdə maraqlıdır.
İyun ayının 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan həm Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbətlər zamanı "Cənubi Qafqazda və Yaxın Şərqdə sülhün təmininə yönəlmiş səylər" müzakirə olunub.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 03 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video ensonxeberler son xabar cəbhədən son vəziyyət