Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…

Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…⁠İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilir. Qeyd edilir ki, ötən ay Netanyahu məhz Trampla danışdıqdan sonra İrana hücuma başlamışdı. Bu dəfə də bənzər ssenarinin gözlənildiyi ehtimallar arasındadır.
Netanyahunun Trampla görüşü İsrailin yeni regional hərbi planlarının bir hissəsi ola bilərmi?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, İsrailin İrana hücumu ABŞ siyasəti üçün dönüş nöqtəsi idi:
"ABŞ bununla İranla sövdələşmə və rəqabətin gələcək qırmızı xətlərini yenidən müəyyənləşdirir. Bu akt ehtimal ki, ABŞ-ın Rusiya ilə sövdələşməsi ruhu üzərində təmsil olunur. Çünki ABŞ ilə Rusiya Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynadakı müharibənin tənzimlənməsi səylərini Yaxın Şərq regionu ilə tutuşdurdu. Ukrayna üzrə danışıqlarda ABŞ Prezidentinin Yaxın Şərq elçisi Stiv Uitkoffun iştirakı, onun diplomatik trayektoriyası bu mənada kodları açır.
ABŞ tarixində ilk yaşandı…
Nəticə olaraq ABŞ bu siyasətini formalaşdırarkən İranla İsrail arasındakı əlaqələrin yumşalması üçün də vasitəçilik səyləri nümayiş etdirə bilər. Bu prosesin Rusiya ilə uzlaşdırılması çətin görünür, lakin onu mümkünsüz etmir.
Hərçənd ki, ABŞ də tarixdə ilk dəfə olaraq İranın nüvə proqramına qarşı aviazərbələr endirdi, lakin bu, eskalasiyasının müvafiq hədlər üzərindəki idarə edilməsinə bənzədi. Rusiyanın isə zərbələrə etirazları ABŞ-yə qarşı kəskin təhdid ritorikası kimi yadda qalmadı.
Müharibə belə başladı
Təl-Əvivlə münasibətlər baxımından isə, ABŞ-nin aviazərbələrinin hədəf və miqyas baxımından məhdudluğu Donald Trampın İsrailin hücumlarını tamamlamaqda maraqlı olmadığını göstərdi. Lakin Vaşinqton üçün nəticə daha yaxşı oldu: Ağ Ev eskalasiyanın qarşısının alınmasının sahibi kimi özünü tanıtdı.
Halbuki müharibə İsrailin təsirli zərbəsi ilə başlamışdı. Bu zərbələr İranın komandanlıq elitasında çaşqınlıq yaratmaq və mütəşəkkil cavabı gecikdirməyi hədəfləyirdi.  Ancaq İranın tez toparlanması, İsrailə cavablar verməsi, uzunmüddətli müharibə üçün dözümlüyüyü, onun çəkindiriciliyini daha da artırdı.
Bu baxımdan İsrail perspektivdə İrana fərqli hücum planı hazırlamaqda maraqlı görünə bilər. Üstəlik, İranla 12 günlük müharibədən sonra geosiyasi nəticələri ABŞ ilə koordinasiyalaşdırmaq İsrailin məqsədlərində daha aydın şəkildə görünəcək. Yəni ABŞ ilə Təl-Əviv arasında strateji münasibətlərin yeni dövrü üçün qaydalar İrana hücumlardan sonrakı konyunkturaya uyğunlaşdırılır.
Çinin "sülh kursu" aktına cavab
İran və İsrail arasında birbaşa hərbi qarşıdurmadan sonra ABŞ-nin Körfəz ölkələri üzərində yeni ağırlıq mərkəzini təşkil etdiyi də aydınlaşdı. Bu, dünyanın yeni nizama keçdiyi bir vaxtda, Çinin regiondakı təsirlərinə qarşı diplomatik-siyasi həmlədir.
Ehtimalla ABŞ Körfəz ölkələrinin İsraillə geniş əməkdaşlığına imkan yaratmaq üçün Vaşinqton üçün risk daşıyan faktorları aradan qaldırmağı Təl-Əvivin diqqətinə çatdırır.
Bu amil, Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında barışıqda brokerlik etməsindən sonra Çinin daha geniş geosiyasi "sülh kursu" yeritməsi aktına cavabdır. Bu istiqamətdə ABŞ üçün yeni nizamda tənzimlənən İsrail-İran münasibətlərini formalaşdırmaq aktuallıq qazanacaq.
Bakıya qarşı müharibə gücləndi…
ABŞ ilə İsrail arasındakı strateji münasibətlər Azərbaycanın da diqqətlə izlədiyi prosesdir. Çünki İran İsrailin zərbələrindən sonra Azərbaycana qarşı informasiya müharibəsini gücləndirir, erməni mediasını manipulyasiya edir və Cənubi Qafqazı qızışdırmağa çalışır.
Proqnoz olaraq isə demək olar ki, ABŞ ilə İsrail Azərbaycanı özlərinin müttəfiqliyinə şərik edəcək hərəkətləri intensivləşdirəcək. Lakin Azərbaycan üçün ABŞ və İsraillə olduğu kimi, İranla da əməkdaşlıq önəmlidir. Azərbaycan öz ərazilərindən üçüncü tərəfə qarşı istifadəyə yol verməməklə bunu sübut etdi. ABŞ ilə İsrail müttəfiqliyinin xəritəsində Azərbaycanın strateji yeri indi daha çox Zəngəzur dəhlizinə nisbətdə mərkəzlənir. Bu, Rusiya ilə İranın mümkün sövdələşmələrinə qarşı əks-təsir yaradan platforma kimi diqqət çəkə bilər".

Siyasi       Tarix: 03 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video ensonxeberler son xabar cəbhədən son vəziyyət