İndiki şəraitdə qızıl almaq sərfəlidirmi? - MÜHÜM TÖVSİYƏ

İndiki şəraitdə qızıl almaq sərfəlidirmi? - MÜHÜM TÖVSİYƏQlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginliklər və maliyyə bazarlarındakı dalğalanmalar fonunda qızıl yenidən investorların diqqət mərkəzinə çevrilib. Xüsusilə, 2026-cı ilin əvvəlindən qiymətlərdə müşahidə olunan dəyişkən dinamika, həmçinin manatın sabit məzənnəsi fonunda Azərbaycan bazarında qızılın alınıb-alınmaması məsələsi aktuallaşıb.
Bəs hazırkı şəraitdə qızıl almaq sərfəlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, ümumilikdə qızılın qiymətləri ilə bağlı artım gözləntiləri hələ də qalmaqdadır:
İndiki şəraitdə qızıl almaq sərfəlidirmi? - MÜHÜM TÖVSİYƏ"2026-cı ildə qızılın daha da bahalaşacağına dair proqnozlar mövcuddur. İlin əvvəlindən təxminən 4,5 faiz artım qeydə alınıb. Lakin İran–ABŞ gərginliyindən sonra qiymətlərdə 12-13 faizə qədər ucuzlaşma müşahidə olundu. Bu da göstərir ki, bazarda kifayət qədər volatillik var. İnvestisiya şirkətləri hesab edirlər ki, qızılın qiymətində artım davam edə bilər və bu baxımdan hazırkı dövr alış üçün münasib hesab olunur."
İqtisadçı əlavə edib ki, bu proqnozlar tam sabit deyil və risklər nəzərə alınmalıdır:
"İlin əvvəlində də qızılın bahalaşacağı gözlənilirdi, amma mart ayında qiymətlərdə kəskin – təxminən 13 faiz azalma baş verdi. Bu isə onu göstərir ki, bazar proqnozlara həmişə uyğun hərəkət etmir. Qızıl alan şəxslər adətən müəyyən maliyyə imkanlarına sahib olur və riskləri düzgün qiymətləndirməlidirlər.
İnvestorlar portfellərini diversifikasiya etməli, yəni vəsaitlərini müxtəlif aktivlər arasında bölüşdürməlidirlər. Bu baxımdan qızıla da müəyyən pay ayırmaq olar. Nəticə etibarilə, qızılın alınıb-alınmaması ilə bağlı qərar hər bir investorun maliyyə imkanları, riskə yanaşması və uzunmüddətli hədəfləri nəzərə alınmaqla fərdi şəkildə verilməlidir."
Beləliklə, mövcud iqtisadi şərtlər və bazar gözləntiləri qızılın potensial olaraq cəlbedici investisiya aləti olduğunu göstərsə də, dəyişkənlik və risk amilləri bu qərarın diqqətlə verilməsini zəruri edir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 31 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler