İndiki vəziyyətdə pulumuzu manat, yoxsa dollarla saxlamalıyıq? - Devalvasiya AÇIQLAMASI

İndiki vəziyyətdə pulumuzu manat, yoxsa dollarla saxlamalıyıq? - Devalvasiya AÇIQLAMASIQlobal miqyasda böyük güclər arasında artan geosiyasi gərginlik enerji bazarlarından maliyyə axınlarına qədər bir çox sahədə qeyri-müəyyənliyi dərinləşdirir. Bu proseslər fonunda inkişaf etməkdə olan ölkələrin milli valyutalarının taleyi də diqqət mərkəzinə düşür. Belə bir şəraitdə Azərbaycanda da aktual sual yaranır: mövcud vəziyyətdə manatı dollara çevirmək daha məqsədəuyğundur, yoxsa əksinə?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, Azərbaycanın mövcud makroiqtisadi göstəriciləri milli valyutanın sabitliyini dəstəkləyən əsas amillər sırasındadır.
İndiki vəziyyətdə pulumuzu manat, yoxsa dollarla saxlamalıyıq? - Devalvasiya AÇIQLAMASI"Ölkənin ticarət saldosu əsasən neft gəlirləri hesabına müsbət olaraq qalır. Azərbaycan ümumilikdə idxalçı ölkə sayılsa da, milli valyutanın dayanıqlığının qorunması və yüksək inflyasiyanın qarşısının alınması məhz enerji gəlirləri hesabına mümkün olur. Əgər Azərbaycan qeyri-neft ölkəsi olsaydı, valyutanın sabitliyi daha zəif qala bilərdi, enerji qiymətləri isə 20-25 faizə qədər artardı.
Hazırda qlobal iqtisadiyyatda geosiyasi balansın pozulması, xüsusilə böyük enerji ixracatçısı olan ölkələr ətrafında baş verən proseslər dünya bazarında enerji qiymətlərinin yüksəlməsinə səbəb olub.
Bu isə Azərbaycan üçün əlavə valyuta axını deməkdir və manatın mövqeyini gücləndirən faktor kimi çıxış edir.
Hazırda manatın devalvasiyası ilə bağlı hər hansı real risk müşahidə olunmur".
O, ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğunu vurğulayıb. Bunun milli valyutanın sabitliyini təmin edən əsas dayaqlardan biri olduğunu bildirib.
"Dövlət büdcəsi hazırlanarkən gəlir və xərclər proqnoz neft qiymətlərinə əsasən hesablanır. Növbəti ilin büdcəsində iqtisadi və sosial xərclərdə azalma deyil, əksinə artım nəzərdə tutulub. Əgər real maliyyə riski mövcud olsaydı, bu, ilk növbədə büdcə xərclərində özünü göstərərdi".
Beləliklə, mövcud iqtisadi şəraitdə manatın sabitliyi qorunur və yaxın perspektivdə kəskin valyuta dəyişiklikləri ilə bağlı ciddi risklər gözlənilmir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 15 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF

Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı əlavə dəyərin 12,2 milyard manata, xarici turistlərin ölkəd

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeberlər son xəbərlər azərbaycanda kriminal bugun