İnfeksionist: 'Virusun qarşısında aciz qalmamaq üçün 3-cü dozanın vurulması mütləqdir

İnfeksionist: 'Virusun qarşısında aciz qalmamaq üçün 3-cü dozanın vurulması mütləqdir"Rusiyada əhali arasında sürətli yayılan AY.4.2 mutasiyası koronavirusun "Delta" ştamı ilə müqayisədə daha yoluxdurucudur. Lakin xəstəliyin gedişatındakı ağırlığı hələ sübut olunmayıb".
Bunu "Report"a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Vüsalə Yaşar deyib.
O bildirib ki, koronavirus əleyhinə vaksin vurduran şəxsin 6 aydan sonra orqanizmindəki immunitet zəifləməyə başlayır: "Belə olan halda xəstəliyin qarşısında aciz qala bilərik. Ona görə də üçüncü dozanın vurulmasını, xüsusilə də risk qrupuna aid şəxslərin vurdurmasını qəti şəkildə tövsiyə edirik. Hətta həkim məsləhətindən sonra dördüncü dozanın da vurdurulması mümkündür".
TƏBİB rəsmisi qeyd edib ki, virusa yoluxmamaq üçün qoruyucu tədbirlərə əməl olunması vacibdir: "Peyvəndlə yanaşı, insanlar həm də sağlam həyat tərzi yaşamalıdır. Bunun üçün düzgün qidalanmalı, gigiyena qaydalarına riayət edilməli, sosial məsafə saxlanılmalı, qapalı məkanlarda mütləq şəkildə maskadan istifadə olunmalıdır".
"Azərbaycanda yoluxma sayında artım olsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Ölkədə istifadə olunan peyvəndlər yaranan yeni mutasiyalara qarşı effektivdir. Virus əleyhinə vurulan peyvəndlərin çeşidliliyinə görə də şanslı ölkələrdənik. Seçim imkanımız var. Araşdırmalara görə bəzi vaksinlər yeni mutasiyalara qarşı effektivdir. Ancaq hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması, 3-cü doza peyvəndləmənin sürətləndirilməsi zəruridir", - V.Yaşar əlavə edib.

Sosial       Tarix: 30 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler son xeberler bugun 2026 canli son xabar son xəbərlər bugün 2026