İngiltərə yalnız bu peyvəndləri vurdurmuş azərbaycanlıların COVID pasportlarını tanıyacaq
1 noyabr 2021-ci il tarixdən etibarən "Oxford-AstraZeneca", "Pfizer-BioNTech", "Moderna" və "Johnson&Johnson" peyvəndlərinin hər iki dozasını qəbul etmiş Azərbaycan vətəndaşlarının COVID-19 pasportu İngiltərədə tanınacaq.
Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.Qaydaya görə, sərnişinlər peyvəndin ikinci dozasını səyahətdən azı 14 gün əvvəl qəbul etməlidirlər. Vaksin sertifikatları ingilis dilində olmalı, şəxsin adı, doğum tarixi, vaksini nə zaman və harada qəbul etdiyi ilə bağlı məlumatlar yazılmalıdır.
Bundan başqa, qaydalara əsasən, Azərbaycandan səyahət edən şəxslər İngiltərəyə daxil olarkən sərnişin lokator formaları doldurmalı, İngiltərəyə çatdıqdan iki gün sonra isə PCR və ya "lateral flow" test adlanan daha ucuz testlərdən verərək neqativ nəticə almalıdırlar.
Qeyd edək ki, bundan öncə Azərbaycanın vaksin sertifikatları Britaniyada keçərli olmadığı üçün səyahət edən şəxslər İngiltərədə azı 5 gün karantin rejiminə əməl etməli idi.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR