"İnşallah Gəncə avtomobil zavodu Xankəndidə öz filialını tikəcək"

"İnşallah Gəncə avtomobil zavodu Xankəndidə öz filialını tikəcək"Gəncəni və gəncəliləri topla, raketlə qorxutmaq olmaz. Bura qədim tarixə malik, mübariz bir şəhərdir. Gəncəlilər hələ Cavad xanın dövründən həmişə işğalçılarla üz üzə döyüşüblər. Ermənilərin gəncəliləri qorxutmaq, raket zərbələri ilə müqavimətlərini qırmaq istəkləri heçə bərabərdir. Gəncə terroristlərin bu vandalizminə qəhrəmancasına dözüm gətirərək Ali Baş Komandanın ətrafında birləşəcək, rəşadətli Azərbaycan ordusuna inanaraq öz həyatlarına davam edəcəklər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlamanı Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə, ermənilər həmişəki kimi öz vandal aktlarını davam etdirirlər. Beynəlxalq təşkilatların vasitəçiliyi üçün az qala diz çöküb döyüşlərin dayandırılmasına yalvaran Paşinyan və ermənilər atəşkəs elan edilən gün Azərbaycanın müxtəlif şəhər və rayonlarını raketlərdən atəşə tutdular:
"Gəncə döyüş bölgəsi deyil. Burada yaşayan insanlar dinc əhalidir. Onlara raket zərbələri endirmək beynəlxalq hüquq prizmasından hərbi cinayətdir. Onlar tökülən hər bir azərbaycanlının qanı üçün cavab verəcəklər. Döyüş meydanında qəhrəman Azərbaycan ordusuna məğlub olan, torpaqlarımızdan qovulan ermənilərin gücü ancaq qorxaqcasına uzaqdan dinc, silahsız əhaliyə raket zərbələri ilə terror aktı törətməyə çatır", - X.Fətiyev əlavə edib.
Müşahidə Şurasının sədri bildirib ki, Azərbaycan xalqının qələbə əzmini heç nə ilə qırmaq olmaz. Hamı öz Ali baş komandanına, ordusuna, hərbiçilərinə inanır:
"Prezident İlham Əliyev son cixişinda da qeyd etdiyi kimi heç kim bizi geri çəkilməyə məcbur edə bilməz, xalqın mətinlik, qətiyyət, mübarizlik hissini məhv edə bilməz. Biz birlikdə güclüyük. İnşallah Ali Baş Komandanın rəhbərliyi altına yaxın vaxtlarda rəşadətli ordumuz tarixi Azərbaycan torpaqlarını erməni faşistlərindən azad edəcək və Gəncə avtomobil zavodu Xankəndində öz filialını tikəcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 12 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun ən son xeberler cəbhədən xəbər cəbhədən xəbərlər