İnsan bu 5 orqanını da itirsə, uzun yaşaya bilər – Çin alimlərinin yeni KƏŞFİ

İnsan bu 5 orqanını da itirsə, uzun yaşaya bilər – Çin alimlərinin yeni KƏŞFİ</p> 
 <p>Son illər dünyaya meydan oxuyan Çin sənayesi iqtisadi sahədə liderdir və öz üstünlüklərini diqtə edir. Çin indi də dünya səhiyyə sisteminə yenilik gətirmək niyyətindədir. Çinli alimlər yeni ideya irəli sürüblər və hesab edirlər ki, insan tibb elminə məlum olanlardan əlavə daha 5 orqanını itirsə, yaşaya bilər. Çinlilərin bu araşdırması beynəlxalq aləmdə birmənalı qarşılanmayıb və dünyanın adlı-sanlı həkimləri həmkarlarının fikirlərinə dərhal reaksiya veriblər.
Bəs Çin alimləri hansı orqanları nəzərdə tuturlar? Alimlər sübut ediblər ki, insan eyni zamanda öd kisəsini, ağciyərin bir hissəsini və böyrəyinin birini itirsə, yaşaya bilər. Çin alimləri isə siyahıya daha bir neçə orqan adı daxil ediblər. Bunlardan biri faringeal badamcıqlarıdır. Bu, müstəqil bir orqandır. Dünyada milyonlarla insan onlarsız sakit yaşayır. Milyonlarla insanın dalağı çıxarılıb və dalaqsız da sakit yaşamaq mümkündür. Qadınlarda döşün, kişilərdə isə prostatın çıxarılması halları müşahidə olunur. Tibb elminin təsdiq etdiyi bu siyahıdan Çin alimlərinin də xəbəri var və onların ideyası yeni deyil.
Mütəxəssislər hesab edir ki, belə hallarda ilkin mənbəni – elmi məqalənin özünü oxumaq lazımdır. Yalnız ondan sonra Çin alimlərinin nəyi təklif etdikləri məlum olacaq. Bu fikirlər Çində kimya elminin bütün sahələri üzrə yüksək keyfiyyətli tədqiqatlar, rəylər və şərhlər verən bir jurnalda dərc olunub. Bu isə o deməkdir ki, Çin alimlərinin belə bir məqaləsini axtarmaq əbəsdir və qeyri-ciddi söhbətdir.
Dünya tibb elminə insanın onsuz yaşaya biləcəyi orqanlar məlumdursa, Çin alimlərinin yeni tapıtıları nəylə bağlıdır? İnsanın onsuz yaşaya bilməyəcəyi 5 həyati orqan isə ürək, beyin, ağciyərlər, böyrəklər və qaraciyərdir. Dərini itirmək də ölümlə nəticələnir. Əvvəllər mədəaltı vəzin çıxarılması da ölümcül sayılırdı. Ancaq indi onsuz yaşamaq mümkündür. Yeni bir orqanın – mikrobiomun statusu hələ də müzakirə olunur. Bu, bağırsaqlarda yaşayan bütün mikroorqanizmlərin məcmusudur. Onsuz da yaşamaq mümkün deyil, lakin elm adamları onun müstəqil orqan kimi qəbul edilməsi ilə razılaşmırlar.
Bütün bunlardan belə nəticə çıxır ki, digər insan orqanları həyati əhəmiyyət kəsb etmir və bu o deməkdir ki, insan onlarsız yaşaya bilər. Yeri gəlmişkən, bir ağciyər və ya bir böyrək olmadığı kimi, bu orqanlar da Çin alimlərinin siyahısına daxildir. Onların itkisi ölümcül deyil, lakin insanın sağlamlığını məhdudlaşdırır.
Bəs reallıqda onlarsız yaşaya biləcəyimiz neçə orqan var? Qəribədir ki, bu sualın tam dəqiq cavabı yoxdur. Əksər mütəxəssislər insanda 79 orqanın olduğunu iddia edirlər. Bəziləri isə orqanların sayının 103 olduğunu deyir.  Ona görə də bu rəqəmdən həyati vacib və üç əsas orqanı (ürək, beyin və qaraciyər) çıxsaq, cavab 76 və ya 100 olacaq.  Çin alimlərinin tapdığı 5 orqan haqqında isə heç bir məlumat verilmir.
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 11 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler