Tez sağalmaq üçün bu supu için
Soyuqdəymə zamanı tez sağalmaq üçün toyuq supu için.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bunu rusiyanın tanınmış terapevti Anna Hakimova deyib. O, bildirib ki, bu qida tərkibindəki faydalı maddələr sayəsində orqanizmin bərpasına kömək edir və iltihabı azaldır.
Həkimin sözlərinə görə, toyuq bulyonu tərkibindəki karnozin sayəsində iltihabı zəiflədir, həmçinin bədəndəki maye balansını qoruyur. O, asan həzm olunan zülal, B qrupu vitaminləri, dəmir və digər minerallarla zəngindir. Bu maddələr immun sisteminin güclənməsinə və soyuqdəyməyə qarşı müqavimətin artmasına kömək edir.
Bundan başqa, bulyon tərkibindəki amin turşusu sistein sayəsində bəlğəmi durulaşdırır, bu da öskürəyi yüngülləşdirir və tənəffüsü asanlaşdırır. Həkim əlavə edib ki, isti buxar burun tutulmasını azalda, bulyonun özü isə boğaz ağrısını yüngülləşdirə bilər.
Mütəxəssis bulyonun tərkibinə kök, soğan, kərəviz və bibər kimi tərəvəzlər əlavə etməyi də tövsiyə edib. Onun sözlərinə görə, bu tərəvəzlər antioksidant və prebiyotiklərlə zəngindir, bu da bağırsaq mikroflorasını gücləndirir.
Həkim vurğulayıb ki, ən faydalı bulyon azad şəraitdə bəslənmiş toyuqdan hazırlanandır, çünki bu cür toyuqların əzələlərində karnozinin miqdarı daha çox olur.
Xidmetler [newsid: 0-123300]

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur