İnsan ən böyük ayrılıqlarda belə yaşamağı öyrənir' - Xoşqədəm
"Dünən övladlarımla valideynlərimin məzarına getdik. Hər həftəsonu olduğu kimi… Amma bu dəfə yenə içimdə həmin hiss oyandı: sanki indi torpağın altından qalxıb "qayıdırıq" deyəcəklər".
azxeber.com xəbər verir ki, bunu teleaparıcı Xoşqədərm Hidayətqızı sosial media hesabında yazıb.
Valideynlərinin yoxluğu ilə hələ də barışa bilməyən aparıcı hhisslərini belə dilə gətirib:
"Hər addımda ürəyim ümidlə çırpınır, ağlım isə bunun olmayacağını bilir. Qəribədir… Hər ziyarət həm dirildən, həm öldürən bir duyğudur.
Kənarda sakitcə dayanmış Ardanı gördüm. Üzündə bir boşluq vardı. Özümü saxlaya bilmədim: "Oğlum, nənən səni necə sevirdi, xatırlayırsan?" dedim. "Atan balam, totan balam, Arda balam…" – sözünü bitirmədən gözlərindən yaş süzüldü.
Boynuma sarılıb hönkürtü ilə ağlamağa başlaması içimi param-parça etdi. Sanki aylardı içində saxladığı həsrət bir anın içində daşqın olub axdı. Maşına oturanda soruşdum: "Niyə belə ağladın?" Yavaşca dedi: "Nənəm üçün darıxdım, məni qucaqlasın istədim. Biz onsuz qala bilmirik, bəs sən nənəsiz, babasız necə qalırsan?" Susdum, demədim. Deməyə cəsarət etmədim ki, oğlum, insan ən böyük ayrılıqlarda belə yaşamağı öyrənir. Allah elə bir güc verir ki, insan öz dözümünə özü təəccüb edir. Mən də eləyəm, onlar yanımda deyil, amma sevgiləri hələ də məni ayaqda saxlayır".
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır