İnsanları temperament tipinə görə necə tanımalı?
İnsanların xasiyyətini, davranışlarını və düşüncələrini onların temperamenti vasitəsilə müəyyən etmək olur. Mütəxəssislərə görə, insanlarda temperamentin formalaşmasında cəmiyyətin, ətraf mühitin, ailənin, verilən tərbiyənin böyük təsiri var.
Milli.Az medicina.az-a istinadən bildirir ki, insanların hansı tipə aid olduğunu bilməklə onların necə insan olduqlarını müəyyənləşdirmək olar. Temperament tiplərinə görə insanlar 4 qrupa ayrılır: sanqvinik, xolerik, melanxolik və fleqmatik.
Sanqvinik
Psixolqoların araşdırmalarına görə, sanqvinik insanlar hər zaman harasa tələsirlər. Belə insanlar gələcəyi düşünmürlər. Onlar üçün bu gün, bu saat, bu dəqiqə var. Sanqviniklər tez-tez qərarlarını dəyişən insanlar hesab edilirlər. Çox zaman emosional olan sanqviniklər, işlərinə böyük həvəslə başlayıb, süstlüklə bitirirlər. Küsəyəndirlər və eyni zamanda heç nəyi yadda saxlaya bilmirlər. Hər şeyi bir anlıq qəbul edən sanqviniklər digər tip insanlarla müqayisədə nizamlıdırlar.
Xolerik
Xolerik insanlar isə aqressiv və kəmhövsələ olurlar. Hər şeyə tez reaksiya verən xoleriklər səbrsizdirlər. Buna baxmayaraq, etibarlı və sadiqdirlər. İş yerlərini dəyişməyi sevməzlər, yeni mühitə öyrənmək onlar üçün böyük zaman tələb etdiyi üçün dəyişməyi sevməzlər. Xoleriklər, ciddi xasiyyətli olur, başladıqları bütün işləri sona qədər yerinə yetirməyi sevirlər. Həyatın hər hansı sahəsində çətinliklə qarşılaşan xoleriklər bundan çəkinmir. Çətinliklərə sinə gərməyi bacarırlar.
Fleqmatiklər
Belə insanlar isə bədbin, qaradinməz və sakit təbiətli olurlar. Çox çətinliklə ünsiyyətə girən fleqmatikləri həyəcanlandırmaq o qədər də asan məsələ deyil. İnam məssləsində çətinlik çəkən fleqmatiklər bağlandıqları, dost bildikləri insanlarla çox mehriban olurlar. Onların yeganə problemi insanlara qarşı laqeydlik və soyuqluqdur.
Melanxoliklər
insanlar arasında çoxluğu melanxoliklər təşkil edir. Bu insanlar həssas olur, hər sözdən inciyirlər. Onlara qarşı edilmiş kiçik bir diqqətsizlik uzun müddət unudulmur. Melanxoliya xalq arasında təkliyi sevmə kimi qiymətləndirilsə də, əslində bu, bir psixoloji haldır. Melanxolik insanlarda səbəbsiz yerə depressiyaya düşmə, istəksizlik hissi tez-tez baş verir. Melanxolik insanlar səbəbsiz yerə kədərlənirlər, tək qalmaq arzusunda olan melanxoliklər insanlarla ünsiyyət qurmaq bacarığına malik olmadıqları üçün də hüznlənirlər. Melanxoliklər ictimailəşməkdən, kiməsə bağlanmaqdan qorxurlar.
Psixolqoların fikrincə, melanxoliya bədbəxtlikdir. Çünki melanxoliklər həyatın mənasını görə bilmirlər, hər şey onlara adi gəlir. Onlar hər zaman bədbəxtlik, dəyərsizlik hiss edirlər.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ