İnstaqramda xəstə uşağın şəkillərini paylaşıb yığılan pulu xərcləyən şəxs saxlanıldı - VİDEO
Səbail Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlardan biri şikayət edərək bildirib ki, instaqram sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insanlar tərəfindən paylaşılaraq onların adından şəbəkə istifadəçilərindən pul istənilir.
Daxili İşlər Nazirliyindən Azxeber.com-a verilən məlumata görə, bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Gəncə şəhərində yaşayan Rafiq Cəfərov tərəfindən yaradılıb və idarə edilir.
Saxlanılaraq idarəyə gətirilən həmin şəxs instaqram sosial şəbəkəsində "firuzeye_destek_olaq" adlı səhifə yaratdığını etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, R.Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb. Saxlanılan şəxs yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib.
Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. R.Cəfərovun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar və digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb. Qeyd olunan faktın hərtərəfli araşdırılması Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.
Xidmetler [newsid: 0-123300]

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq
Samuxda "MAZ" çaya aşdı - Ölən və xəsarət alanlar var
Ucuz generator almağın hansı riskləri var?
Sumqayıtda evdən cansız bədən TAPILDI
İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ