İnsult riski və qabaqlayıcı reabilitasiya tədbirləri mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

İnsult riski və qabaqlayıcı reabilitasiya tədbirləri mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO7-8 iyul tarixlərində "İnsultun Reabilitasiyası Modul-1" adlı elmi-praktik konfrans keçirilib.
azxeber.com xəbər verir ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı, Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosiasiyası və Milli Nevroloqlar Assosiasiyasının dəstəyi ilə baş tutub.
İki gün davam edən konfransın təşkilinin məqsədi tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə onları müasir yeniliklərlə tanış etmək olub.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, t.ü.f.d., Dr. Pərvin Əkbərov konfrans iştirakçılarına İnstitutun tarixi barədə qısa məlumat verib, "COVID-19-dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri" mövzusunda çıxış edib. 
ETTBİ-nin Elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova da İnstitutun elmi istiqamətləri haqqında məlumat verdikdən sonra "İnsultdan sonra reabilitasiyaya yeni yanaşmalar" mövzusunda çıxış edib. 
Konfransda Eskişehir Osmangazi Universitetinin professoru Dr. Serhat Özkan, Varşava Psixiatriya və Nevrologiya İnstitutunun nümayəndəsi Dr. İvona Sarzinska-Dlugosz, Avropa İnsult Təşkilatının (ESO) Reabilitasiya Departamentinin sədri Aksel Kohlmetz də məruzəçi kimi iştirak ediblər. 
Konfransda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Fuad Həsənov, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, Həkimlərin Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri Rəna Şirəliyeva iştirak ediblər. 
Sonda konfrans iştirakçıları sertifikatlarla və davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunublar.
İnsult riski və qabaqlayıcı reabilitasiya tədbirləri mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Sosial       Tarix: 09 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs

Dövlət bu şəxslərə 11 min manat verəcək

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlara dövlət büdcəsindən və ya müvafiq fondlardan müəyyən həyat hadisələri, xüsusi xidmətlər və ya sosial dəstək məqsədil

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az cəbhədən son dəqiqə cəbhədən ən son xəbər son xeberler 2026