Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qazilər, QHT nümayəndələri, ziyalılar, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhid məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilib. Mədəniyyət mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən rayon rəhbəri xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən danışaraq bu möhtəşəm Qələbənin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, qəhrəmanlıq ruhunun və güclü dövlətçiliyimizin təntənəsi olduğunu bildirib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Qeyd olunub ki, qazanılan Qələbə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsinin, ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasətin və xalqımızın həmrəyliyinin nəticəsidir. Vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.
Tədbirdə çıxış edən digər natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Ordumuzun qəhrəmanlığından, qazanılan tarixi Zəfərin ölkəmizin taleyindəki mühüm əhəmiyyətindən bəhs ediblər. Onlar bu Qələbənin xalqımızın milli qürur mənbəyi olduğunu və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini vurğulayıblar.
Çıxışlarda şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılmasının, onların ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Proqramda respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, eləcə də rayonun mədəniyyət müəssisələrinin musiqi kollektivləri çıxış ediblər. Vətənpərvərlik ruhunda ifa olunan musiqi nömrələri tədbirə xüsusi coşğu və bayram əhval-ruhiyyəsi qatıb.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, bu Qələbə gələcək nəsillər üçün milli qürur və vətənpərvərlik nümunəsidir.
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLARGöygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 08 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Şahbuza qar yağır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. "Unikal"-a istinadən xəbər verir ki, rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyün

Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Mey ilə birlikdə "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər. xəbə

Evdə saxladığınız pullarla bağlı vacib xəbər - Banklar bunu pulsuz edir

Evdə azyaşlı uşaqların əskinasları cırması, siçanların pulun bir hissəsini gəmirərək yararsız hala salması və digər bu kimi hallar vətəndaşların maddi itki ilə üzləşməsinə səbəb olur. Belə vəziyyətlərdə zədələnmiş əskinasları

Bu rayonun bir sıra ərazilərində qaz kəsilib

Ağdaşın bir sıra ərazilərində qaz kəsilib. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Saat 18:00-dan işlər yekunlaşanadək Ağdaş rayonunun H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu

Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan Radiosunun 100 illik yubileyi və Televiziya və Radio Günü münasibətilə paylaşım edib. xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabınd

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Xəzərdə böyük oyun: Nə baş verir?

Türkmənistan uzun illərdir nəhəng qaz ehtiyatlarının ixracını şaxələndirmək üçün yeni imkanlar axtarır və bu kontekstdə Transxəzər marşrutu ən optimal variantlardan biri hesab olunur. ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazd

Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA

Ölkəmizdə kredit götürən vətəndaşların işsiz qalacağı təqdirdə borc öhdəliklərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi kredit bazarında yeni mərhələnin başlanğıcını qoyur. Sözügedən siste


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər xeber saytlari cəbhədən son durum havanın temperaturu