İNSULUN DİRƏNCİ NƏDİR ? Sizi şəkərə yaxınlaşdıran sindromun ƏLAMƏTLƏRİ

İNSULUN DİRƏNCİ NƏDİR ? Sizi şəkərə yaxınlaşdıran sindromun ƏLAMƏTLƏRİPiylənmə, xüsusilə də, abdominal piylənmə periferik toxumalarda qlyukoza və yağ turşularının istehlakına insulinin təsirinin azalmasına və ya rezistentliyin inkişafına səbəb olur. Bu isə tip 2 şəkərli diabetin yaranmasına gətirib çıxarır.
İnsulinə rezistentlik, bununla yanaşı inkişaf edən hiperinsulinemiya və hiperqlikemiya və piy hüceyrələrinin (adipositlərin) sitokinləri və ya adipokinlər həmçinin damarların endotelial disfunksiyasına, lipid profilində pozğunluqlara, hipertoniya və damarların iltihabına səbəb olur. Bütün bu proseslər nəticədə aterosklerotik ürək-damar xəstəlikərinin inkişafına gətirib çıxarır. Maraqlıdır ki, ümumi bədən kütləsi çox olmayan, lakin abdominal piylənməsi olan şəxslərdə eyni patoloji proseslərin baş verməsi müşahidə edilir.
Milli.Az medicina.az-a istinadən şəkərli diabet xəstəliyinin bir addımlığında rast gəlinən insulin dirənci barədə məlumatı təqdim edir.
Qanda yüksək olan insulin öncələri qan səkərini hüceyrələrə keçməsini təmin edir, lakin daha sonra bu vəzifəsini yerinə yetirə bilməz hala gəlir və bu hala insulin hormonunun kifayət qədər təsirinin olamamasi- İNSULİN DİRƏNCİ (Rezistensiya) adı verilir.
Insulin dirəncindən daha çox əzələ və qaraciyər toxuması təsir görür. Qandakı səkər əzələlər və qaraciyər tərəfindən çox miqdarda alınır. Əgər dirənc varsa yəni insulin yetərincə təsirli deyilsə yemək sonrası qanda artan səkər əzələ və qaraciyərə daxil olabilmədiyi üçün qanda toplanmağa başlar və qan səkəri yüksələr.
Insulin dirəncinə kilolu insanlarda daha çox rast gəlinir və bu səbəbdən kilo artdıqca bu dirənc artar və səkər xəstəliyi görülmə tezliyi artar. Özəlliklə yağın qarında iç organlar ətrafında toplanması səkər xəstəliyi riskini daha çox artırır.
Insulin səviyəsi yüksək insanlar çox sürətlə kilo alır və çətin kilo verirlər. Kilo artdıqca insulin dirənci artar, kilo verdikcə isə azalar.
Insulin Dirəncinin Göstəriciləri:
1. Yorğunluq, halsızlıq
2. Sürətli kilo alma
3. Çətin kilo vermə
4. Doymama hissi, tez-tez acıma
5. Yuxu basması
6. Gün içində tez tez aclıq krizlərinin olması
7. Şirin qidalara meyillilik
8. Kilo verə bilməmə
9. Tərləmə
10. Qarın ətrafı və bel nahiyyəsində piylənmə
11. Kadınlarda qalçalarda və göbək ətrafı yağlanma
12. Yüksək təzyiq
13. Cinsi həvəsin azalması
14. Diqqət pozğunluğu
15. Unutqanlıq
16. Yeməklərdən sonra yuxulama
Xüsusilə bədən çəkisinə diqqət!
Bədən çəkisinin artması metabolik sindromun inkişafına təsir edən mühüm risk faktordur. ABŞ-da aparılan tədqiqat göstərib ki, bədən çəkisi normal olan şəxslərin cəmi 5%-də metabolik sindromun olduğu müəyyən edilirsə, artıq bədən çəkisi olanlarda bu rəqəm 22%, piylənməsi olanlarda isə 60%-dir. Framinqam Ürək Tədqiqatından əldə edilmiş nəticələrin təhlili göstərib ki, 16 il ərzində bədən çəkisinin cəmi 2.25 kq artması metabolik sindromun inkişafı riskinin 21-45% artması ilə əlaqəlidir. Maraqlıdır ki, qarının dairəvi diametrinin normadan çox böyük olması əsasında növbəti 5 ildə metabolik sindromun inkişafı gözlənilən xəstələrin 46%-ni əvvəlcədən müəyyən etmək olar.
Digər risk faktorları.
Yaş, irq və bədən çəkisi ilə yanaşı digər risk faktorları da metabolik sindromun inkişafı ilə bağlıdır. Bunlara menopauzadan sonrakı dövr, tütünçəkmə, aşağı sosial-iqtisadi vəziyyət, yüksək karbohidrat tərkibli pəhriz, spirtli içkilərdən ümumiyyətlə istifadə etməmə və fiziki aktivliyin olmaması aid edilir. Framinqam Ürək Tədqiqatından müəyyən edilib ki, şirinləşdirilmiş içəcəklər qəbulu metabolik sindromun inkişafı riskini artırır.
MÜALİCƏ TƏDBİRLƏRİ.
2001-ci ildə ATP III tədqiqat qrupu tərəfindən metabolik sindromu olan xəstələrin müalicəsində 2 məqsəd müəyyən edilmişdir. Həmin məqsədlər sonradan Amerika Ürək Assosiasiyası və Milli Sağlamlıq İnstitutu və Endokrinologiya Cəmiyyətinin təlimatları ilə təsdiq edilmişdir:
• Bədən çəkisinin normallaşdırılması və fiziki aktivliyin artırılması ilə əsas səbəblərin aradan qaldırılması və ya müalicəsi (artıq çəki/piylənmə və fiziki passivlik).
• Həyat tərzinin modifikasiyasına baxmayaraq, ürək-damar xəstəliklərinin inkişafı ilə bağlı risk faktorlarının müalicəsi.
Həyat tərzinin dəyişdirilməsi.
Bədən çəkisinin azaldılması və fiziki aktivliyin artırılmasına hədəflənən həyat tərzinin dəyişdirilməsi tədbirləri metabolik sindromun müalicəsinin əsasını təşkil edir.
Tədqiqatlar göstərir ki, bədən çəkisinin optimallaşdırılması üçün pəhriz, fiziki aktivlik və bəzən farmakoloji terapiyanın (məs., orlistat) birgə tətbiqi tələb olunur və daha yaxşı nəticələr verir.
Pəhriz. Metabolik sindromun müalicəsi üçün pəhrizlə bağlı bir sıra təkliflər verslib. Metabolik sindromu olan bir çox xəstənin artıq çəkisi var və bədən çəkisinin azaldılması insulinə həssaslığın yaxşılaşması ilə nəticələnir. Aşağıda verilmiş spesifik pəhrizlər ən çox tövsiyə olunanlardır:
• Aralıq dənizi pəhrizi faydalıdır. Aralıq dənizi pəhrizinin tərkibi: meyvə, tərəvəz, çərəzlər (fındıq, qoz), tam dəyərli taxıldan hazırlanmış qidalar və zeytun yağı. Bu pəhrizdə yağların tərkibi də azdır. Tədqiqatlar göstərib ki, Aralıq dənizi pəhrizindən istifadə edən şəxslərdə artıq bədən çəkisi daha çox azalır, arteriyal təzyiq aşağı salınır, lipid profil yaxşılaşır, insulinə rezistentlik yaxşılaşır və qanda iltihab və endotelial disfunksiyanın markerlərinin səviyyəsi aşağı düşür.
• Bitki lifləri ilə zəngin (>gündə 30 qramdan çox) pəhriz də artıq bədən çəkisinin azaldılmasına, habelə sistolik və diastolik arteriyal qan təzyiqlərinin yaxşılaşmasına xidmət edir.
Qeyd edilməlidir ki, liposaksiya və ya pay sovurma əməliyyatı ilə abdominal piy toxumasının xaric edilməsi insulinə həssaslığı və ya ürəyin tac damar xəstəliyi ilə bağlı risk faktorlarının aradan qalxmasına təsir etmir. Bu bir daha təsdiq edir ki, bədən çəkisinin azaldılması ilə bağlı metabolik faydanın əldə edilməsi üçün pəhriz və fiziki aktivlik sayəsində yaradılan neqativ enerji balansının əhəmiyyəti çoxdur.
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 688   Tarix: 23 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bədəndə zərərli maddələrin artmasının gizli əlamətləri

Tibb mütəxəssisləri bədəndə zərərli maddələrin həddindən artıq yığılmasını göstərə biləcək bəzi bədən siqnallarına diqqət çəkiblər. -a istinadla xəbər verir ki, bu barədə .il saytı məlumat yayıb. Mütəxəssislərin fikrincə

Ürək sağlamlığı üçün nə yemək lazımdır? - 3 faydalı toxum növü AÇIQLANDI

Toxumlar ürək sağlamlığı üçün vacib olan omeqa-3 də daxil olmaqla bir çox faydalı xüsusiyyətlərə malikdir. Bütün toxumlar müəyyən miqdarda bu faydalı yağ turşularını ehtiva etsə də, omeqa-3 baxımından əsl xəzinə hesab oluna

Beyni qurudan, alzheimerə səbəb olan İÇKİ

Həkimlər beyin sağlamlığı üçün çəkinməli olduğunuz içkilərin adlarını açıqlayıblar. -a istinadən xəbər verir ki, amerikalı nevroloq Austin Perlmutter şəkər əlavə edilmiş içkilərin beyin sağlamlığı naminə menyudan çıxarılmal

Bu xəstəliyi olanlara konserv yemək OLMAZ

Əgər yüksək təzyiqiniz varsa və ya risk altındasınızsa, müəyyən konservləşdirilmiş şorbalardan uzaq durmaq ən yaxşısıdır. Çoxları bilməsə də, bu, orqanlara əlavə yük yaratdığı üçün infarkt və insult kimi potensial həyat

Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir. -a istinadla  xəbər verir ki, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkiləri

35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?

35 yaşından əvvəl siqareti tərgitsəniz, bədəniniz heç vaxt siqaret çəkməyən bir insan səviyyəsinə qədər bərpa oluna biləcək. -a istinadən xəbər verir ki, pulmonoloq Larisa Afanasyeva bu barədə məlumat verib. "Son siqaret

Bu kartofları yeməyin – Zəhərlənmə riski var

Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması halları artır. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, belə kartofları sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ol

Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

Tərkibində gingerol maddəsi olan zəncəfilin tromb əleyhinə təsiri elmi cəhətdən sübut olunub. Bu maddə trombositlərin bir-birinə yapışaraq laxta (tromb) əmələ gətirməsinin qarşısını alır. -a istinadla bildirir ki, bu barəd

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə valyuta mezennesi son xeberler azerbaycan son xeberler 2026