İntensiv yağışlar davam edərsə, daşqın və sel olmaq ehtimalı var - AÇIQLAMA
İntensiv yağışlar davam edərsə, daşqın və sel olmaq ehtimalı var - AÇIQLAMA
Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay, Kürəkçay və Dəstəfurçay çaylarında sululuğun artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəfurçay çayında sel hadisəsi qeydə alınıb.
Bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Kişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında sel hadisəsi qeydə alınıb:
"Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib. Qeyd edim ki, uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olub ki, bu da nisbətən Kür və Qanıx çaylarına öz təsirini göstərib".
A.Verdiyevin sözlərinə görə iyulun 18-dək qeyri sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı və bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb