İnternetdə təhlükəsizlik

İnternetdə təhlükəsizlikİnternetdə təhlükəsizlik
Ramin Musayev yazır...
İnternet və sosial şəbəkələr həyatımızın vacib hissəsinə çevrilib. Orada biz məlumat əldə edirik, dostlarla şəxsi məlumat və yenilikləri, fikirlərimizi bölüşürük. Bəziləri isə hətta sosial şəbəkələr hesabına gəlir əldə edir. Amma bu üstünlüklərlə yanaşı, sosial şəbəkələr təhlükə mənbəyi ola bilər.
Bir neçə həftə öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Kaspersky Laboratoriya" birlikdə internetdə uşaqların təhlükəsizliyi ilə bağlı mətbuat konfransı keçirdi.
Təqdimat zamanı Azərbaycanda keçirilmiş sorğuların nəticələri açıqlandı. İlk baxışda çox pozitiv görünürdü. Nəticələrə görə 70 faiz valideynlər uşaqların internetdə təhlükəsizliyinə diqqət yetirirlər. Amma bu sorğunu keçirən rusiyalı marketoloqlar bir şeyi bilmir ki, şərq ölkələrində suala neqativ və real cavab deyil, pozitiv cavaba üstünlük verirlər. Bunun səbəbləri haqqında əvvəlki məqalələrimdə yazmışdım. 
Sorğuda iştirak edən valideynlər isə təhlükəsizlik deyəndə, uşağa sosial şəbəkələrə qadağa, yaxud onların istifadəsini vaxt qismində məhdudlaşdırmaq kimi anlayırlar. Amma məsələ belə də sadə deyil.
Təqdimat zamanı müxtəlif sosial şəbəklərdəki real istifadəçilərin səhifələri göstərildi. Onlar hər bir şəxsi məlumatı açıq yazır, təhsil müəssisələrini, ev ünvanını, telefon nömrələrini, olduqları yerləri "teq" edirlər. Həmçinin bu məlumatlar ictimai olur, yəni dost olmadan bu məlumatları görmək və onlar vasitəsilə rahat əlaqə saxlamaq olar. Təhlükəsizlik deyərkən məhz bunlar nəzərdə tutulur.
Bu bir yana. Böyüklər, yəni valideynlər heç özləri də bu məlumatları gizlətmirlər. Yəni, heç özlərinin səhifələrinə nəzarət edə bilmirlər, o ki qaldı uşağın. Məsələn, Facebook şəbəkəsində, dostluq göndərən xanımların avatar şəkli, səhifəsindəki şəkillərin çox hissəsi uşaqlarının şəkli olur, həm də hər kəsə açıq formada. Başa düşürük, uşaqları ilə fəxr edir, yaxud həyat yoldaşı qısqanclıqdan öz şəklini qoymağa icazə vermir. Amma uşaqlarının şəkillərini açıq baxışa qoymaqla onları risk altına atır. Hələ üstəlik məktəblərinin şəkli, məlumatı da var. Onlar da hər kəsə əlçatandır. Heç olmasa sazlamanı dostlar üçün edin ki, kənar şəxslər görməsin. 
Sosial şəbəkələrdə "dost" olmadan da izləmək mümkündür. Bunun üçün "follow" etmək yetərlidir. Amma, dostların sayını artırmaq üçün kimə gəldi dostluq göndərilir, tanıdı, tanımadı. Bir şeyi də bilmək lazımdır ki, dostların sayı çox olduqca, onların hamısını görmək çətinləşir. Əgər, blogelik həvəsində deyilsənizsə, onda bunun mənası yoxdur.
Sosial şəbəkələr dostlarla məlumat bölüşmək, maraqlı məlumat almaq üçün, media və bloqları oxumaq üçün rahat vasitədir. Lakin rahatlıqla yanaşı, sosial şəbəkələr təhlükə qaynağı ola bilər.
Bəs bunun üçün nə edilir? Heç nə! Ona görə məktəblərdə, valideyn iclası zamanı valideynlər üçün xüsusi treninqlər etmək lazımdır. Bunu əlbəttə ki, müləllimlər edə bilməyəcək. Çünki, hətta məktəbdəki informatika müəlimlərinin heç özlərinin bunlardan xəbəri yoxdur. Uşaqlar belə onlardan çox bilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi birlikdə bu problem üzərində işləməlidir. Onların saytında belə məlumatlar yerləşdilib. Amma, nə qədər adam dövlət strukturlarının saytına keçib oxuyur? 
Bu problemi televiziya, radio və internet media resurslarında işıqlandırmaq lazımdır. Yollarda olan billbord lövhələrdə, işıqforların qarşısında yerləşdirilmiş monitorlarda yayımlamaq lazımdır. Yalnız geniş və hərtərəfli aparılan təşviqat öz bəhrəsini verə bilər. 
Elə bu gün özünüzün və uşaqlarınızın qadcetlərindəki təhlükəsizlik sazlamalarını yoxlayın və ayarlayın. Bilmirsinizsə, internetdə geniş məlumatlar var, oxuyun, öyrənin, tətbiq edin. Edin ki, sonradan başınıza döyməyəsiniz. /oxu.az

Sosial       Tarix: 07 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az ensonxeberler cəbhədən son xəbər valyuta məzənnələri