İnternetdə "yeməli torpaq"satışa çıxarıldı – Kimlər alıb yeyə bilər?

İnternetdə "yeməli torpaq"satışa çıxarıldı – Kimlər alıb yeyə bilər?Bir neçə müddətdir sosial mediada, internet vasitəsilə qida məqsədli, yəni yeməli torpaq satışına rast gəlinir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, xüsusən Türkiyədə müxtəlif ölkələrdən gilli torpaq və təbaşir kimi məhsullar gətirən və onlayn satışını təmin edən xüsusi biznesmenlər meydana çıxıb. Belə ki, məhsulları təqdim edənlər onların steril olduğunu qeyd edərək, Pika sindromundan əziyyət çəkən şəxslərə sataraq pul qazanır. Hətta belə sifarişlərdən birində Konyadan gəldiyi bildirilən torpağın yarım kilosunun 35 lirə(10 manat), digər fərqli bölgələrdən gətirilən təbaşir və torpağı isə 100 lirəyə (28manat) satışa çıxarıblar. Qeyd edirlər ki, bu torpaqlar daha minerallıdır.
Lakin uzmanlar torpaq yemənin heç bir mineral əskikliyini aradan qaldırmadığını bildirib. Üstəlik onlar qəbizlik, bağırsaqlarda parazit, civə zəhərlənməsi və yetişkin insanlarda cinsi istəyin azalmasına gətirib çıxarır. Torpaq, gil,təbaşir, kömür kimi maddələr yemə vərdişi olan şəxslər tibdə pika sindromu kimi adlanan xəstəlikdən əziyyət çəkirlər. Lakin xalq arasında tibbi adı bilinmədiyinə görə, adətən dəmir, sink, kalsium əskikliyi kimi səbəblərdən belə təlabatın olması kimi yozulur.
Ən təhlükəlisi isə civə zəhərlənməsi və nevroloji pozuntulara səbəb olmasıdır. Uzmanlar bildirir ki, torpaq yeyən şəxslər torpaqla birgə parazitlər, parazit yumurtaları da yemiş olur. Təsiri qısa müddətdə görülməsə də, daha sonra yavaş-yavaş ortaya çıxır.
Böyüklərdə ciddi və ağır nevroloji problemlər, libidin itirilməsi, cinsi istəyin azalması ilə müşahidə olunur. Uşaqlarda isə diqqət dağınıqlığı,davranış pozuntuları, böyüməyin ləngiməyi kimi problemlərlə ortaya çıxır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 21 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbər valyuta mezennesi valyuta mezennesi 2026 sou xeberler bugun