İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır

İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdırSon dövrlər qlobal iqtisadi proseslər, enerji, logistika və ərzaq qiymətlərində artım müşahidə olunur, həmçinin, rəqəmsal xidmətlərə tələbat sürətlə yüksəlib.
Maraqlıdır, bunun fonunda internet qiymətlərində artım ehtimalı varmı? Əgər belə bir ehtimal mövcuddursa, bunu şərtləndirən əsas faktorlar hansılardır?
azxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert Elvin Abbasov bildirib ki, hazırda internetin qiymətinin artması ehtimal yox, qaçılmaz prosesdir.
"Telekommunikasiya sektoru elə sahədir ki, həm sürətlə dəyişir, həm də çox investisiya tələb edir. İstifadəçilərin sayı məhdud olsa da, internet trafikinin həcmi artır. Daha çox video izlənilir, oyun oynanılır, "bulud" xidmətlərindən istifadə olunur. Bu yükü eyni qiymət və eyni sürətlə uzun müddət saxlamaq real deyil.
Bununla yanaşı, avadanlıqların idxalı, valyuta dəyişiklikləri, enerji, logistika və daşınma xərcləri, provayderlərin əməkhaqqı fondu və digər amillər birbaşa maya dəyərinə təsir edir.
Digər kommunal xidmətlərdə qiymətlər dünya bazarındakı dəyişikliklərə uyğun tənzimləndiyi kimi, internet də eyni qaydada bu təsirlərdən kənarda qala bilməz. İnternetin qiyməti də məhz müvafiq dəyişikliklərə uyğun olaraq indekslənməlidir", - E.Abbasov qeyd edib.
Ekspertin sözlərinə görə, burada əsas məsələ artımın olub-olmaması deyil, nə qədər artmasıdır: "Cəmiyyətin bu məsələyə həssas yanaşmasının səbəbi də budur ki, qiymətlər bizdə tez-tez yox, uzun fasilələrlə dəyişir. Ona görə də hər artım birdən-birə böyük görünür. Halbuki digər kommunal xidmətlərdə olduğu kimi, internet tariflərinə də mütəmadi, məsələn, illik baxılması daha sağlam yanaşmadır. Bu zaman qiymət artımı daha yumşaq olur və sürpriz effekti yaratmır.
Əslində qiymətlər dəyişsə də, bir məsələni nəzərə almaq lazımdır ki, yüksəksürətli paketlərin qiymətlərinin əlçatanlığı digər ölkələrə nisbətən aşağıdır və maksimal sürətlər 250 Mbit/s ilə limitlənir. Ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar".
"Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar.
Mənim ehtimalım odur ki, hər Mbit/s üçün orta ödəniş məbləğini 10-20% civarında ucuzlaşdırmaqla həm yüksəksürətli minimal paketlər təqdim edilə bilər, həm də dəyişən bazar konyukturasında keyfiyyətin dayanıqlığı təmin olunar.
Kəskin qiymət artımları əvəzinə, bu tip yenilənmələr provayderlərə davamlı investisiya imkanı yaradır və istifadəçi üçün daha məqbul olur. Nəticə olaraq, qiymətləri uzun müddət sabit saxlamaq yox, sürət-qiymət balansını bazar və texnologiyaya uyğun tənzimləmək xidmət keyfiyyətinin qorunması üçün vacibdir", - E.Abbasov əlavə edib.

Sosial       Tarix: 13 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeberlər son xəbərlər azərbaycanda kriminal bugun