İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? — Özündən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədova qarşı bir sıra iddialar irəli sürülüb.
Belə ki, iddialara görə, İntiqam Məmmədovun 20 yanvar metrostansiyası keçidindəki qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyib. Onlarla sahibkarın İntiqam Məmmədovu onların fəaliyyətinə müdaxilə etdiyini deyilir. Hətta, bununla bağlı sahibkarlar tərəfindən ölkə Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət ünvanlanıb.
Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov səsləndirilən iddiaları təkzib edib.
O bildirib ki, COP29-la bağlı şəhərin bütün istiqamətlərində təmizlik işləri aparılır:
"Metronun giriş və çıxışında hansısa işlər aparılırsa, onun bizə heç bir aidiyyatı yoxdur. Mənim ora ilə nə işim var ki? Kim nə iddia yayıbsa, araşdırılsın, amma bizim ora heç bir aidiyyatımız yoxdur.
Ələ keçirmək istəyimlə bağlı suallarınıza gəldikdə isə cavab vermək istəmirəm. O ərazinin bizə heç bir aidiyyatı yoxdur. Qoyun orada Bakı Metropoliteni və digər müvafiq qurumlar iş aparsın".
Xatırldaq ki, İntiqam Məmmədov son zamanlar Bayılda tikilən qanunsuz şadlıq sarayının sahibi kimi qalmaqalla yadda qalıb.
Demokrat.az / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat