"İntonasiya vəziyyətin kədərli olduğunu göstərir" - Qaqik Mkrtçyan

"Görünən odur ki, Paşinyan hökumətinin üzvləri ya həddindən artıq özbaşınalıq, ya da ifrat aqoniya vəziyyətindədirlər". 
KONKRET.az xəbər verir ki, bu fikirlər "Qolos Armenii" saytında dərc olunan məqalədəndir.
Müəllif Qaqik Mkrtçyan məqalədə daha sonra yazır: "Onların davranışlarındakı məntiqi ayırd etmək mümkün deyil. Vəhşi ehtirasın vəhşi cəhalətlə birləşməsi təbii olaraq müvafiq nəticələr verir. Biz bütün bu proseslərə "siyasi atavizm" deyə bilərik. Yada salaq ki, atavizm adətən insana xas olmayan əlamətlərin görünməsinə deyilir. Klassik misal kimi adətən quyruqlu insanlar göstərilir. Paşinyanın iqtidar təmsilçiləri də belədir. Sanki quyruqlu insanlara bənzəyirlər. Bu, onların atdıqları addımlardan, davranışlarından da görünür.
Məsələn, Əliyev hər bir təcrübəli siyasətçi kimi öz açıqlamaları ilə nə istədiyini ifadə edir. Paşinyan və ətrafı isə Əliyevin mesajının janrından xəbərdar olub-olmadığını cəmiyyətə göstərməkdən çəkinirlər. Qədim dövrlərdə bu cür mesajlara görə tez-tez müharibələr baş verirdi. Lakin Paşinyan gələcək Nobel Sülh Mükafatı laureatı kimi Əliyevlə vuruşmaq istəmir, sadəcə sürprizlə kifayətlənmək istəyir".
Alen Simonyan bildirib ki, kəskin heç nə baş verməyib – danışıqlar, fikir mübadiləsi davam edir: Alen Simonyana diqqət edin: Onun çıxışlarındakı şən intonasiya ilkin olaraq kiminsə ruhuna şəfa verə bilər, özünə inam verə bilər, amma dəqiq nəzər yetirsəniz intonasiya vəziyyətin kədərli olduğunu göstərir. Əliyevin qarşısında belə nikbinlik və daim quyruq bulamaq heç bir müsbət nəticə verə bilməz. Hətta Azərbaycanla sülh müqaviləsi imzalansa belə, bu kağız Əliyevi dayandıra bilməyəcək".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 17 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat bu gunun xeberleri ensonxeberler xeber.az 2026