İqor Korotçenko: "Ermənistanı inandırmaq yox, məcbur etmək lazımdır" - MÜSAHİBƏ

İqor Korotçenko: "Ermənistanı inandırmaq yox, məcbur etmək lazımdır" - MÜSAHİBƏİqor Korotçenko: "Ermənistanı inandırmaq yox, məcbur etmək lazımdır" - MÜSAHİBƏ
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan son kəskinləşmədən sonra Azərbaycanla Ermənistan sərhədində vəziyyətin Rusiyanın vasitəçilik səylərinin köməyi ilə sabitləşdiyini bildirib. Bu dalğada Rusiyanın Ermənistan rəhbərliyini həmin ölkənin baş naziri Nikol Paşinyanın rədd etdiyi mərhələli həll planına qayıtmasına inandıra bilməsi mümkündürmü?
"Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalının baş redaktoru, Ümumdünya Silah Ticarəti Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko yaranan vəziyyəti Media.Azüçün şərh edib:
- Ermənistanı inandırsaq da, bunun əhəmiyyəti olmayacaq. Ermənistan ilk növbədə, siyasi və diplomatik və bəlkə də iqtisadi üsullarla məcbur edilməlidir. Yerevan Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv mövqe tutmalı, 30 ildir hamının eşitdiyi demaqogiyanı unutmalıdır. Artıq hamı bundan bezib.
Hesab edirəm ki, indi həqiqət anıdır. Bir çox siyasətçilər və Rusiya ictimaiyyəti bunu aydın görür. Nikol Paşinyanın rəhbərlik etdiyi bugünkü Ermənistan Rusiya Federasiyasının müttəfiqi deyil. Bu ölkə əvəzində heç nə ödəmədən Rusiyadan müxtəlif iqtisadi, hərbi, siyasi bonuslar almaq istəyir. Ermənistan bu cür çörəyə şərik eqoistdir. Ermənistanın Rusiyanın strateji müttəfiqi olması və s. barədə bu mantralar bezdirib və qusma refleksinə səbəb olur. Xüsusilə də, Yerevanın apardığı tamamilə anti-Rusiya siyasəti fonunda.
"Soros" təlim mərkəzlərindən keçən insanlar indi Ermənistan dövlət hakimiyyətinin strukturunda əsas vəzifələri tuturlar. Paşinyanın yeni təyinatlar dalğasının şahidi oluruq, hətta Rusiya yönümlü mövqe tutmayan mütəxəssislər belə qovulur və onlara qarşı cinayət işləri açılır. "Soros" "himayədarları" Ermənistan Milli Təhlükəsizlik Şurasına, Ermənistan Təhlükəsizlik Xidmətinə və bir sıra digər vəzifələrə rəhbərlik edir.
Ermənistanda rusiyapərəst siyasətçilərə qarşı təqib var, Rusiya telekanalları pulsuz yayım şəbəkəsindən kəsilib. Yəni hamımız kiminlə iş gördüyümüzü başa düşürük. Yeni bir həqiqət ortaya çıxır ki, Ermənistanı, bir daha təkrar edirəm, konstruktiv mövqe tutmağa məcbur etmək lazımdır.
- "Amerikanın Səsi" radiostansiyasına verdiyi müsahibədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan keçmiş müvəqqəti həmsədri Riçard Hoqland bildirib ki, Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratına vermək lazımdır...
- Düşünürəm ki, bu, ABŞ-da nüfuzlu, ciddi maliyyə imkanlarına malik və çox məharətlə fəaliyyət göstərən erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Dağlıq Qarabağı Azərbaycandan qoparmağa cəhd edirlər. Bu, qeyri-konstruktiv siyasətdir və həll üçün real platforma kimi qəbul edilə bilməz.
Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Buradan da görünür ki, münaqişənin həlli üçün praktik siyasət yürütmək lazımdır...
- Bəs BMT-nin Qarabağ üzərindəki protektoratı erməni tərəfinə nə verəcək? Bunu tam anlamadım...
- Bu, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Qarabağa qaytarılması ilə bağlı danışıqlar aparmamağa imkan verəcək. Bu, Yerevana kənarlaşmaq üçün fürsət verəcək, çünki dünyada Ermənistana təzyiqlər getdikcə artır, bu ölkənin rəhbərliyinin qeyri-konstruktiv mövqe tutduğuna dair daha çox ifadələr səslənir.
Əslində, bu təklif ərazi separatizminə təşviq, qondarma "DQR"də mövcud olan rejimi əhatə etmək, Azərbaycan ərazilərinin bir hissəsini ələ keçirmiş silahlı separatçıları qorumaqdır. Məsələ sadədir - status-kvonu qorumaq.
Yeri gəlmişkən, protektorat dedikdə təkcə keçmiş DQMV-nin sərhədləri daxilində Dağlıq Qarabağ nəzərdə tutulmur. Aydındır ki, onlar Ermənistanın işğalı altında olan Qarabağ ətrafındakı yeddi bölgəni də protektorata daxil edəcəklər. Beləliklə, bu, təcavüzkar üçün bir təşviqdir və heç bir şəkildə bununla razılaşmaq olmaz.
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu əsasdır!
- Yeri gəlmişkən, Qarabağ separatçı rejiminin nümayəndələri bir daha Azərbaycanın "işğal etdiyi" torpaqları geri qaytarmağa hazırlaşdıqlarını bəyan ediblər. Söhbət Qarabağ ərazisinin şimal hissəsindən gedir.
- Bunlar yeni təcavüz, yeni müharibə çağırışlarıdır. Onlar aqressiv niyyətlərini nümayiş etdirirlər. Biz Rusiyada bunu keçən əsrin 90-cı illərində, Şimali Qafqaz ərazisində qondarma "Xilafət"in yaranması barədə danışıqlar gedəndə gördük. Bundan sonra Stavropol və Krasnodar bölgələrinin bir hissəsinin ləğv edilməsi ilə bağlı açıqlamalar gəldi. Biz bu separatçı meyilləri güclə, qoşun yeridərək yatırdıq. /oxu.az

Siyasi       Tarix: 04 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpus

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi

Bu gün Baş nazir Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Bu barədə -a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə A

Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətlər

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber cəbhədən şad xəbər hava proqnozu bu gunun xeberleri haqqinda melumat