İqtisadiyyatın "ağardılması" ölkə gəlirlərinə birbaşa təsir göstərir - ŞƏRH

İqtisadiyyatın "ağardılması" ölkə gəlirlərinə birbaşa təsir göstərir - ŞƏRHİqtisadiyyatın "ağardılması" ölkə gəlirlərinə birbaşa təsir göstərir - ŞƏRH
"Gizli iqtisadiyyat"a qarşı görülən tədbirlər, eyni zamanda, vergi sistemində aparılan islahatlar fiskal gəlirlərimizdə artımlara gətirib çıxarır".  
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov ölkədə iqtisadiyyatın "ağardılması"nın büdcəyə daxilolmalara təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, istər 2020-ci il, istərsə də 2021-ci ilin ilk iki ayının yekunları onu göstərir ki, pandemiyanın təsirlərinə baxmayaraq vergi daxilolmalarında hər hansı bir çətinlik müşahidə olunmayıb:
"Qeyd etmək istərdim ki, həm ötən il, həm də bu ilin yanvar ayında "lockdown" tədbirlərinin tətbiq olunması ilə əlaqədar real sektorun fəaliyyəti məhdudlaşdırıldı. Lakin buna baxmayaraq vergi daxilolmalarında öhdəlik və proqnozlar tam olaraq yerinə yetirilib".
Deputat vergi daxilolmalarının COVID-19 pandemiyasına baxmayaraq artmasının hansı səbəblərlə əlaqədar olduğuna da aydınlıq gətirib:
"Son üç ildə "gizli iqtisadiyyat"a qarşı mübarizənin daha da güclənməsi və bütövlükdə iqtisadiyyatın "ağardılması" prosesini müşahidə edirik. Əvvəlki dövrlərdə "gizli iqtisadiyyat"da qalan və büdcədən yayınan vəsaitlər son illər aparılan islahatlar nəticəsində dövlət büdcəsinə cəlb oluna bilib. Nəticə etibarilə pandemiyanın təsirlərinə baxmayaraq proses büdcə daxilolmalarına xüsusi təsir göstərmədi. Bu bir daha onu göstərir ki, islahatların genişləndirilməsi dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsinə imkan yaradır".
Növbəti dövrlərdə də dərinləşdirilmiş islahatların fiskal gəlirlərimizə birbaşa təsir göstərəcəyini deyən Vüqar Bayramov əlavə edib ki, bu, eyni zamanda da büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artmasına gətirib çıxaracaq:
"2030-cu ilə qədər "gizli iqtisadiyyat"a qarşı mübarizə, iqtisadiyyatın liberallaşdırılması, o cümlədən sektor üzrə şəffaflığın artırılması ilə bağlı islahatlar prioritet elan edilib. Hazırlanmaqda olan 2021-2025-ci illər üzrə strateji inkişaf proqramında da "gizli iqtisadiyyat"a qarşı mübarizənin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi təqdim olunacaq".
Deputat qeyd edib ki, 2021-ci ilin ilk iki ayı ərzində vergidən daxilolmaların fiskal gəlirlərimizə birbaşa təsir etdiyini bir daha müşahidə etdik.

Sosial       Tarix: 13 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar