İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLAR

İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLARAbşeron Rayon İcra Hakimiyyətində fəaliyyətlərində fərqlənən təhsil işçiləri ilə görüş keçirilib.
Azxeber.com xəbər verir ki, görüşdə RİH başmçısı İradə Gülməmmədova, rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov, Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev,"Tərəqqi" medalı və Fəxri Fərman alan müəllimlər iştirak edib.
Tədbirdə RİH başçısı İ.Gülməmmədova çıxış edərək təhsil işçilərini əldə etdikləri uğurlara görə təbrik edib. 44 günlük müharibədə iştirak edən və fədakarlıq göstərən Abşeron məktəblərindən danışan icra başçısı şəhid olan müəllimi hörmətlə yad edib.
İ.Gülməmmədova bildirib ki, müəllim adı ən uca addır. Hamımızın həyatda nail olduqlarımız hər şeyə görə müəllimlərimizə börclu olduğumuzu önə çəkən başçı əlavə edib ki, bu gün müəllimlərin öhdəsinə də daha böyük vəzifə düşür: "Onlar vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, hərtərəfli övlad yetişdirməlidirlər. Şagirdlərimiz gərək birtərəfli inkişaf etməsin, hər hansı peşəni seçməsindən asılı olmayaraq onlar gərək tarixi, coğrafiyanı, xarici dilləri yaxşı bilsinlər. Sərhədlərimizi, qonşularımızı tanısınlar. Dostla düşməni ayıra bilsinlər. Siyasi biliyə malik olsunlar. Xarici ölkələrdə təhsil alarkən ölkəmizi layiqincə təmsil etsinlər və ölkəmiz haqqında düzgün məlumat çatdırsınlar. Ölkə Rəhbərimiz Cənab İlham Əliyev çox güclü siyasətçidir. O, müharibədən əvvəl və müharibə dövründə xarici jurnalistlərə müsahibələr verir, Azərbaycan xalqının öz tarixi torpaqlarını işğalçılardan azad etdiyini bütün dünyaya bəyan edirdi. Cənab Prezidentin diplomatiyası, uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində düşmənə qalib gəldi. Ermənilər Kapitulyasiya aktına imza atmağa məcbur oldu. Müəllimlər bu siyasətdən bəhrələnməli və şagirdlərə aşılamalıdırlar".
O da qeyd olunub ki, düşmən işğal müddətində azad olunmuş ərazilərimizi darmadağın edib, əksər tarixi abidələrimizi məhv edib, bir çoxunu isə mənimsəməyə çalışıb. Düşmən həmişə yanımızdadır, odur ki, uşaqlara ayıq-sayıqlığı heç vaxt əldən verməməyi aşılamaq gərəkdir.
Sonra İ.Gülməmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layıq görüldüyünə görə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dil ədəbiyyat müəllimi İradə Talıblını, "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görüldüyünə görə Məmmədli kənd orta məktəbinin tarix müəllimi Aidə Şərifovanı və Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülən Xırdalan şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Çiçək Cəfərova, Ceyranbatan 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Xuraman Əhmədova və Masazır 2 saylı tam orta məktəbin kimya müəllimi Ülviyyə İbrahimovanı təbrik etdi.
Daha sonra Rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov, rayon ATİAHİ-nin sədri Vahid Əliyev və müəllimlər çıxış edərək göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLARİradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLARİradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLARİradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLARİradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLARİradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü - FOTOLAR

Sosial       Tarix: 12 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabarlar en son xeberleri sonxəbərlər son xeber.az