İradə İbrahimova: "Ötən il meşə yanğınlarına səbəb olan 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib

İradə İbrahimova: "Ötən il meşə yanğınlarına səbəb olan 10 nəfər cinayət məsuliyyətinə cəlb edilibİradə İbrahimova: "Ötən il meşə yanğınlarına səbəb olan 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib"
Bu gün saat 14:00-da Oğuz rayonunun Xaçmaz kəndi ərazisində vətəndaşlara məxsus torpaq sahəsində baş verən yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Yanğın Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb. 
Bu barədə Oxu.Az-a Ekologiya və Təbi Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib. 
Onun sözlərinə görə, yanğın ani ehtiyatsızlıq səbəbindən baş verib:
"Sözügedən ərazidə baş verən yanğın 50 sot sahədə quru ot örtüyünün yanmasına səbəb olsa da, meşə təsərrüfatına ziyan dəyməyib. Araşdırma zamanı yanğının kənd sakinləri Vidadi Umarov və Mikayıl Cabbarovun qaydalara əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, onlar əkinə hazırladıqları torpaq sahəsinə od vuraraq yandırıblar. Yanğın külək nəticəsində meşə ərazisinə keçib. 
Operativ şəkildə yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və meşə təsərrüfatına ziyan dəyməsinə yol verilməyib. Qaydalara əməl etməyərək yanğın törətmiş şəxslər barəsində qanununamüvafiq tədbir görülüb. Həmin şəxslərə yol verdikləri nöqsanın cinayət məsuliyyəti yaratdığı barədə xəbərdarlıq edilib".
İ.İbrahimova məsələ ilə bağlı ETSN adından torpaq istifadəçilərini, fermerləri və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşları diqqətli olmağa çağırıb:
"Nazirlik adından fermerlərdən, kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlarımızdan xahiş edirik ki, əkin sahələrinə, torpaqlara od vurmasınlar. Bu, meşə  üçün təhlükəlidir. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsinin, təbii mühitin məhv olmasına, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətlərə yol aça bilər. Nazirlik torpaq istifadəçilərinə bir daha xəbərdarlıq edir ki, meşə sahələrində yanğına səbəb olma və yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır. Ötən il bu səbəbdən 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib".
İradə İbrahimova: "Ötən il meşə yanğınlarına səbəb olan 10 nəfər cinayət məsuliyyətinə cəlb edilibKönül Cəfərli 

Sosial       Tarix: 07 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Azərbaycanda 53 yaşlı həkim göldə batdı

Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb. Teleqraf-a istiandla xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. 53 yaşlı qadının meyiti göldən çıxarılıb. Qadının Goranboy rayon Təcil

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Xanım deputata ağır itki

Deputat Səbinə Salmanovaya ağır itki üz verib. -un "Unikal"a istinadən məlumatına görə, mərhumun atası Qədir Salmanov dünyasını dəyişib. Mərhum sabah Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 3 mərasim

Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu olmayan daş kürə aşkarlandı

Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib. "Report"a istinadən xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ba

Bakıda işləyən bu şəxslərin maaşı ARTIRILDI

Bakıda çalışanların orta aylıq əməkhaqqı açıqlanıb. xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb. Bununla da, paytaxtd

Paytaxtın bu rayonlarında işıq kəsiləcək

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, iyulun 7-də Yasamal Rayon Enerj

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər Məscidi İdarəsi məscidin ərazisində cari təmir işləri aparacaq. -ə istinadla xəbər verir ki, təmir layihəsinin ehtimal olunan dəyəri 279 min manat təşkil edir. Təmir işləri çərçivəsində məscidin həyətyanı sahəsini


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbər en son xeberleri maşın realiti şou xeberler bugun 2026