İran ABŞ-a XƏBƏRDARLIQ ETDİ
Əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirərsə, cavab çox sərt və amansız olacaq.
KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami deyib .
"Bütün ölkələr Fələstinliləri və Qəzza sakinlərini qorumaq üçün lazımi tədbirləri görməlidir. ABŞ-ın bizi zərbələrlə hədələməsi ilk dəfə deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş verərsə, İranın cavabı təsəvvür etməyəcəkləri qədər ağır olacaq", – deyə Ol-İslami bildirib.
Onun sözlərinə görə, İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edib və bunu davam etdirəcək.
Nazir bildirib ki, Suriyalılar öz ölkələrini özləri müdafiə edə bilərlər, lakin yardım istəsələr, İran onlara dəstək verəcək.
"Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. İndi İraq və digərləri ilə birlikdə münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edirik", – diplomat vurğulayıb.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ