İran çətin seçim qarşısında: "Ya güzəştə getməlidir, ya da..." - Tehran üçün DƏHŞƏTLİ SSENARİ

İran çətin seçim qarşısında: "Şənbə günü İranla ABŞ arasında "böyük görüş" olacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, İranla görüş yüksək səviyyədə keçiriləcək. Bundan başqa, o, İranla birbaşa danışıqların aparıldığını da qeyd edib. Bu məsələdə bir çox nüanslar diqqət çəkir. Belə ki, Tramp görüşdən və danışıqlardan danışır, ancaq İran bunların heç birinə razı olmayacağını açıqlayır. Belə olan halda Trampın Netanyahu ilə görüşdə səsləndirdiyi fikirlər nəyə hesablanıb?
Mövzunu KONKRET.az-a politoloq Natiq Miri şərh edib:
İran çətin seçim qarşısında: İran rəsmilərinin nə dediyinə yox, hansı addımı atdığına fikir vermək lazımdır. İran nəinki danışıqlara razılaşıb, hətta bunu edəcək şəxsi də müəyyənləşdirib. Artıq ayın 12-də Omanda Abbas Araqçı danışıqlar aparacaq. Ancaq nəticənin necə olacağını demək çətindir. Çünki Tramp hədəfləri ən yüksək səviyyədə qoyur, sonra isə davamlı təzyiqlərlə istədiyinə nail olmağa çalışır. İranla danışıqlar məsələsi də belədir. Qeyd edim ki, İran öncə Trampın Xomeneiyə məktub yazmadığını bildirirdi. Ancaq sonradan bu, nəinki etiraf olundu, hətta Oman vasitəsi ilə məktuba cavab verdilər. Elə danışıqlar məsələsinə də öncə razılaşmadılar. Ancaq sonradan ABŞ-ın "bombardman" açıqlamasının real olduğunu dərk etdilər və dərhal verdikləri sözü geri götürdülər. Ona görə də, danışıqların davam edəcəyini düşünürəm və bu, ikitərəfli qaydada həyata keçiriləcək. Nəticələrin necə olacağını isə demək çətindir. Çünki ABŞ yeni nüvə sazişi irəli sürür və burada nüvə məsələsindən birdəfəlik əl çəkmək tələb edilir. Bu isə İranın onilliklərlə əziyyət çəkib ortaya qoyduğu nüvə sisteminin üzərindən xətt çəkə bilər. Eyni zamanda İranın tələbləri də mövcuddur. Belə ki, İranla bağlı maliyyələrin dondurulmasından imtina edilməli və vəsaitlər Tehrana verilməlidir. Eyni zamanda İran neftini daşıyan tanker və şirkətlərə qoyulan embarqolıarın ləğvi də tələb kimi irəli sürülür. Ancaq bütün bunların fonunda İranın bombalanması ehtimalı çox yüksəkdir. Əgər İran güzəşt etməsə, bu, baş verəcək".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 09 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xəbərlər dunya xeberleri son.xeber