İran ikinci Azərbaycan-Ermənistan münaqişəsini yaratmağa çalışır? - AÇIQLAMA + FOTO

İran ikinci Azərbaycan-Ermənistan münaqişəsini yaratmağa çalışır? - AÇIQLAMA + FOTOİran ikinci Azərbaycan-Ermənistan münaqişəsini yaratmağa çalışır? - AÇIQLAMA + FOTO
"Dörd həftədən çoxdur İranda etirazlar davam edir. Bu etirazların böyük diqqət çəkməsinin bir səbəbi də odur ki, nümayişçilər daha çox qadınlardır. Çünki İranda hicab olmasa, bayıra çıxa bilmirsən, hətta hicabın olsa belə, əgər onların istədiyi tip örpək deyilsə, bu, yenə problem olur. 43 ildir vəziyyət belədir, sadəcə indi yeni nəsil internet, peyk vasitəsilə öz haqları ilə tanış olduğu üçün anaları və nənələri kimi davranmırlar, hökumətin qadağalarına baş qaldırırlar".
Bu sözləri Oxu.Az-a açıqlamasında İrandakı Azərbaycan Mərkəz Partiyasının sözçüsü Aslan Sultani deyib.
O, İrandakı mövcud problemin təkcə qadın haqlarıyla bağlı olmadığını da diqqətə çatdırıb:
İran ikinci Azərbaycan-Ermənistan münaqişəsini yaratmağa çalışır? - AÇIQLAMA + FOTO"İranın əsas problemləri ABŞ sanksiyalar tətbiq etdikdən sonra başlayıb. Çünki həmin sanksiyalar yoxsulluğa, iqtisadi vəziyyətin çətinliyinə, insanların evinə çörək apara bilməməsinə, ailələrin dağılmasına, boşanmaların artmasına səbəb olub. Hazırkı etirazları tətikləyən əsas faktor iqtisadi vəziyyətdir. Bu gün gənclər dünyada gedən prosesləri izləyib geri qaldıqlarını görürlər".
Müsahibimiz hesab edir ki, etirazlar hələ bir müddət davam edəcək:
"Çünki onun sırf bir rəhbəri yoxdur ki, onu həbs etməklə hərəkatı dayandırsınlar. Etirazları yağış damcılarına bənzədirəm, müxtəlif yerlərə düşür və orada yayılır, ətrafında dalğa formalaşdırır. Ona görə də İran rejimi çətinliklərlə üzləşib.  
Bir şey də nəzərə çarpır ki, kürdlər istisna olmaqla digər qeyri-fars qüvvələr birinci həftə etirazlara qoşulsalar da, artıq qoşulmurlar. Doğrudur, onlar arasında da həbs olunanlar, öldürülənlər var, amma ümumilikdə İranın mərkəz hissələrində və kürdlərin yaşadığı bölgələrdə etirazlar daha böyük həcmdədir. Bunun səbəbi isə cənubi azərbaycanlıların fars mediası, fars dövlətinin verdiyi vədlərə inanmaqda çətinlik çəkməsidir. Fars və qeyri-fars millətlər arasında hündür bir güvənsizlik divarı hörülüb. Təbrizlilər Tehranın gətirəcəyi yeni demokratik dövlətə güvənmirlər. Çünki son 43 ildə azərbaycanlılar dəfələrlə küçələrə tökülüb öz haqlarını istəyiblər, ancaq heç kim onlara dəstək olmayıb, əksinə fars aydınları etirazı basdırmağa və separatizmə, millətçiliyə yozmağa çalışıb. İnsanların beynində bu qalır. Ancaq yenə də etirazların ilk həftəsində onlar da qatıldılar. Deyilənə görə, hazırda 1700 nəfər məhkum var, bu da göstərir ki, hərəkata qoşulmaq istəyənlər var".
Aslan Sultani Azərbaycan Mərkəz Partiyasının sözçüsü olaraq Azərbaycan türklərini də bu mitinqlərdə iştirak etməyə səslədiklərini vurğulayıb:
"Çünki öz milli haqlarımızı da burada səsləndiririk. Əsas şüarımız "Azadlıq! Ədalət! Milli hökumət!"dir. Ancaq fars mediası və İranmeyilli media bizim bu şüarları o qədər də xoşlamır. Ona görə də bəzən bizi senzuraya məruz qoyub istəklərimizi çatdırmırlar. Bu da azərbaycanlıların həmin hadisələrdən uzaq gəzməsinə səbəb olur, belə olanda isə bizimkilər məsələyə şübhəli baxırlar".
Həmsöhbətimiz qeyd edib ki, indiki vəziyyətdə hərəkatın İslam Respublikasını devirməyə gücü yoxdur:
"Əgər İran rejimi böyük - 20 Yanvar həcmində bir qətliama getməsə, insanları küçədə açıq-aydın qırmasa, düşünmürəm ki, mitinqlər rejimin devrilməsinə gətirib çıxarsın. İkinci mühüm məsələ neft sahəsində çalışanların, dövlətə bağlı qurumların işdən əl çəkməsi və tətilə getməsidir ki, bu, İran rejimini daha da pis vəziyyətə salar. Xüsusilə neft sektorunun İranın iqtisadi vəziyyətində böyük rolu var. Onlar tətilə getməsə, İran rejimi çox da çətinliklə üzləşməyəcək. Amma artıq rejim keçmişdəki kimi də olmayacaq, hörmətini xalq arasında itirib, yeni nəsil onu dəstəkləmir. Biz əvvəldən rejimin dəyişməsini istəyirik, amma əsas şərt budur ki, Azərbaycan türklərinin haqları bərpa olunsun, ən azı İran daxilində federal bir Azərbaycan əyaləti qurulsun ki, öz müqəddəratını özü həll etsin. 
Bu gün İrandakı kürdlərin arxasında böyük güclər dayanır. Almaniya İran kürdlərinə yardım edəcəyini elan edib, bu tendensiya digər ölkələr arasında da yayıla bilər. Güney Azərbaycan türklərinin taleyi ilə bağlı bəzi narahatlıqlar var. Azərbaycan və Türkiyə türklərini bu məsələdə Cənubi Azərbaycan türklərinin yanında olmağa çağırırıq. Əminik ki, yanımızda olacaqlar. Əgər Azərbaycan-Ermənistan münaqişəsi kimi hansısa xoşagəlməz hadisənin yaranması istənilirsə, buna əngəl olmaq lazımdır, Cənubi Azərbaycanda belə bir vəziyyətin yaradılmasına imkan və şərait, təəssüf ki, var".
Sayad Həsənli

Maraqlı       Tarix: 17 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər maraqlı xəbərlər krminal bu gun ən son xeberler