İran İsrail səfirinin Bakıda verdiyi açıqlamalara cavab verdi
İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi İsmayıl Beqai İsrailin Bakıda olan səfiri Corc Dik tərəfindən səsləndirilmiş fikirlərə münasibət bildirib. Xatırladaq ki, səfir Dik "bugünkü zəiflədilmiş İran Yaxın Şərq və Cənubi Qafqaz da daxil olmaqla, dünyanı daha təhlükəsiz edir" demişdi.
KONKRET.az xəbər verir ki, İsmayıl Beqai cavabında bildirib: "İran və Azərbaycan xalqları arasında dostluq və qonşuluq əlaqələri o qədər möhkəmdir ki, onları kin və böhtan zəiflədə bilməz."
Beqai həmçinin İsraili Qəzza zolağında "qeyri-insani blokada həyata keçirməkdə", eləcə də "Livan, Suriya, İran və regionun digər ölkələrinə qarşı aqressiv addımlar atmaqda" ittiham edib. Onun sözlərinə görə, İsrail "qlobal sülh və sabitlik üçün ən böyük təhdidlərdən biridir". İran rəsmisi beynəlxalq ictimaiyyəti İsrailə qarşı tədbir görməyə çağırıb.
Natiq Səlim,
KONKRET.az

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı