""İran mən zərər görürəmsə, hamı zərər görsün" məntiqi ilə hərəkət edir" - Türkiyəli siyasi şərhçi

"İran "mən zərər görürəmsə, hamı zərər görsün" məntiqi ilə regionda münaqişəni genişləndirmək və qlobal neft,  iqtisadi böhran yaratmaq üçün Hörmüz boğazını bağlaya bilər".
Bu sözləri azxeber.com-açıqlamasında türkiyəli siyasi şərhçi İsmayıl Cingöz deyib. 
O bildirib ki, ABŞ və İsrail hücumları davam etdirsə, İran da cavab zərbələrini davam etdirəcək:
"Qarşıdurma başlamazdan əvvəl İran tərəfi dəfələrlə bəyan etmişdi ki, hər hansı hücum olacağı təqdirdə Yaxın Şərq və Basra körfəzində yerləşən Amerika hərbi bazalarını vuracaq. Münaqişə başlayan İran körfəzindəki ABŞ bazalarına raket və dron hücumları həyata keçirdi. İranın ABŞ ilə İsrailə cavab verməsi region ölkələrinə mesaj xarakteri daşıyır. Yəni İran  bildirir ki, mən sizi yox, ABŞ bazalarını vururam. Əgər ərazilərinizin hədəfə alınmasını istəmirsinizsə, ABŞ-yə təzyiq göstərin və hücumları dayandırın mesajı verdiyi qənaətinə gəlmək mümkündür. Əgər ABŞ və İsrail hücumları davam etdirsə, İran da cavab zərbələrini davam etdirəcək".
Ekspert qeyd edib ki, münaqişənin region ölkələrindən kənara yayılma riski mövcuddur:
"Gələcəkdə qarşıdurmalar uzanarsa və İranda yeni dini lider seçilərsə, onun "vilayəti-fəqih" statusu ilə ümumi cihad elan edib-etməyəcəyi sualı da gündəmə gəlir. Belə bir çağırış olarsa, region ölkələri ilə yanaşı dünyanın müxtəlif yerlərində yaşayan tərəfdarların hərəkətə keçməsi, kütləvi iğtişaş və zorakılıq hallarının artması ehtimalı müzakirə mövzusudur. Bu ssenari xüsusilə region dövlətləri, ABŞ və Avropa üçün nəzarətdən çıxan prosesə çevrilə bilər. Münaqişənin region ölkələrindən kənara yayılma riski mövcuddur".
O deyib ki, Hörmüz boğazının bağlanması gündəmdədir:
"ABŞ hücumları dayandırmasa, Hörmüz boğazının bağlanması ehtimalı da gündəmə gələ bilər. İran 1980–1988-ci illərdəki İraq müharibəsi dövründə belə bu boğazı bağlamamışdı. Lakin bu dəfə "mən zərər görürəmsə, hamı zərər görsün" məntiqi ilə regionda münaqişəni genişləndirmək və qlobal neft, ardınca isə iqtisadi böhran yaratmaq üçün belə addım ata bilər. Hörmüz boğazının bağlanması İranın özünə də mənfi təsir göstərəcək. Bu addım İranın əsas tərəfdaşlarından biri olan Çin üçün də mənfi nəticələr doğura bilər. Uzunmüddətli perspektivdə beynəlxalq təzyiqlərin yenidən İran üzərinə yönəlməsi mümkündür. Bu səbəbdən yaxın günlərdə vəziyyət qeyri-müəyyən olaraq qalır".
Siyasi şərhçi vurğulayıb ki, ABŞ daxilində də qeyri-müəyyənliyin olması gözlənilir:
"Məlumatlarda üç ədəd Amerika təyyarəsinin vurulduğu, Hayfa limanına ağır raketlərlə hücum edildiyi, Təl-Əviv və digər şəhərlərin zərbə aldığı, iki Amerika gəmisinin batırıldığı və bir təyyarədaşıyan gəminin ciddi zədələndiyi barədə xəbərlər yer alır. İranın əks-hücumlarla müqaviməti davam etdirir. Həlak olan Amerika hərbçilərinin cənazələrinin ölkəyə gətirilməsi ABŞ ictimaiyyətində narazılığın artmasına səbəb ola bilər. Xüsusilə Prezident Donald Trump administrasiyasına qarşı təzyiqlər güclənə bilər. Nümayəndələr Palatasında da administrasiyaya qarşı tənqidlərin olduğu qeyd edilir. İddialara görə, hökumət Konqresdən müvafiq səlahiyyət almadan İrana hücum edib və bu, proseslərin mənfi inkişafı halında Trampı çətin vəziyyətə sala bilər. Daxili ictimai rəyin təzyiqi ilə münaqişənin dayandırılması gündəmə gələ bilər. Hətta müəyyən ssenarilərdə Trampın vəzifədən kənarlaşdırılması ehtimalı da istisna edilmir".
İ.Cingöz bildirib ki, üçtərəfli atəşkəs razılaşması mümkün ehtimaldır:
"Həm İran, həm də İsrail-ABŞ qarşılıqlı bəyanatlarla müəyyən mərhələdə gərginliyi azaltmaq və atəşkəsə nail olmaq yolunu seçə bilərlər. Beynəlxalq münasibətlər praktikasında hərbi əməliyyatlarla paralel şəkildə diplomatik kanallar da açıq saxlanılır. Tərəflərin "şərəfli atəşkəs" görüntüsü altında razılaşmaya gəlməsi mümkündür. Üç tərəfin də özünü qalib kimi təqdim edəcəyi bir atəşkəs ssenarisi də real ola bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 05 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler