İran Prezidenti: "Regiondakı dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir"
"Regionda davamlı təhlükəsizlik və sabitliyə nail olmağın yeganə yolu ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsidir".
KONKRET.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.
Danışıqlar zamanı ikitərəfli və regional əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında əməkdaşlıq və koordinasiya səviyyəsinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Rəisinin Moskva səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə toxunan Ərdoğan səfərin nəticələrinin tezliklə müxtəlif sahələrdə görünəcəyinə ümid etdiyini bildirib və regional təhlükəsizliyə nail olmaq üçün ölkəsinin İrana dəstəyini vurğulayb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı