"İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.
"İran Prezidentinin Azərbaycana rəsmi səfəri regional və mehriban qonşuluq münasibətlərinin yeni arxitekturasının yaradılması istiqamətində atılan mühüm addımlardan biridir", - o qeyd edib.
Onun sözlərinə görə, İran həmişə qonşularla ümumi maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək prinsipinə əməl edib:
"Bu baxımdan, Cənubi Qafqazda gedən proseslərlə bağlı Tehran ölkələrin ərazi bütövlüyünə hörmət və regionda davamlı sülhün dəstəklənməsinə əsaslanan siyasət yürüdür".
F. Mohacerani bildirib ki, səfər və qarşıdan gələn danışıqlar İran və Azərbaycan arasında böyük potensiala malik olan əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq:
"Ümumiyyətlə, Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional sabitliyin bərqərar olması və iki ölkənin ümumi imkanlarından istifadə istiqamətində praktiki addım kimi qiymətləndirilməlidir. Bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa xidmət edə biləcək potensialdır", -
Qeyd edək ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfər edəcəyi bildirilmişdi.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir