İran Prezidentinin İraqa səfəri başladı
İran Prezidenti Məsud Pezeşkianın İraqa rəsmi səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, məlumatı İRNA yayıb.
Bildirilib ki, M.Pezeşkianın Bağdad Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Məsud Pezeşkianı salamlayıb. Hökumət başçısı və nümayəndə heyəti ilə görüşdən sonra İraq Prezidenti Əbdül Lətif Rəşidlə İran Prezidenti arasında görüş olacaq. Bundan sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
M.Pezeşkianın Nəcəf və Kərbəlanı ziyarət edəcəyi, Bəsrə, Ərbil, Süleymaniyyə şəhərlərinə səfəri planlaşdırılıb.
İran Prezidenti səfəröncəsi açıqlamasında deyib ki, İraqa səfəri islam və qonşu ölkələrlə qarşılıqlı fəaliyyət və əlaqələrin inkişafının, dərinləşməsinin yeni dövrünün başlanğıcıdır. O, İraqda əməkdaşlığa dair müqavilələr imzalayacaq.
M.Pezeşkian deyib ki, İraq İslam dininin mərkəzlərindən biridir və bu ölkə ilə İranı dini, siyasi, iqtisadi, mədəni və başqa sahələr üzrə məsələlər bağlayır: "Bura elm, mədəniyyət ocağı, ruhanilərin səfər etdiyi ölkədir. 14-cü hökumətin (Pezeşkianın başçılıq etdiyi hökumət İran İslam Respublikasının 14-cü hökumətidir – red.) ilk xarici səfərini İraqa etməsi də təbiidir".

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb