İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budurTrampın Tehranın israrla təkzib etdiyi "münaqişəyə son qoymaqla bağlı məhsuldar danışıqlar aparılıb" açıqlaması və İranın enerji resursları və elektrik stansiyalarına zərbələri "5 günlük təxirə salması" bir-biri ilə əlaqəli olan birdən çox məqsədə hesablanmış diplomatik manevr kimi qiymətləndirilə bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, birincisi, enerji bazarındakı böhranlı vəziyyətə təsir etmək: Trampın açıqlamasından sonra neft qiymətlərində müşahidə edilən enmə də bunu deməyə əsas verir; Vaşinqton bazarın ən az "5 gün nəfəs alması"nı və bu müddətdə Hörmüz boğazı problemini həll etməyin yollarını axtarmaq imkanı əldə etmək istəyir;
İkincisi, zaman qazanmaq: ABŞ-ın raket arsenalında itkilərin bərpasına ehtiyac var, eyni zamanda, müharibənin gedişi – yeni fazaya keçilməsi, yaxud ilkin hədəflərə nail olunması ilə kifayətlənmək haqda qərar verilməlidir;
Üçüncüsü, müharibə haqda həm ABŞ daxilində, həm beynəlxalq müstəvidə müxalif mövqe qarşısında mövqeyini gücləndirmək: ABŞ administrasiyası bir tərəfdən dialoq tərəfdarı kimi çıxış edir, digər tərəfdən İranın qəbul etməyəcəyi şərtləri – Hörmüz boğazının açılması da daxil olmaqla əvvəlki tələblər – irəli sürməklə "müharibəni bitirməyə çalışdığını" nümayiş etdirir; Tehranın qəbul etməməsi, ki belə olacağı bəlli idi, hücumları yeganə "çıxış yolu" olduğu arqumentini gücləndirə bilər;
Burada diqqət çəkən məqam danışıqlarda İranı təmsil edən şəxs kimi spiker Məhəmməd Bagir Qalibafın adının dövriyyəyə buraxılmasıdır. Qalibafın adının hallanması onu birbaşa SEPAH-ın hədəfinə çevrir və bunun iki mümkün səbəbi ola bilər:
1. Qalibafın adının hallanması Vaşinqtonun məlumatı çərçivəsində baş verirsə, ABŞ və İsrail bununla rejim daxilində ziddiyyətləri körükləmək, qarşıdurma yaratmaq gedişi edir;
2. Mümkündür ki, müharibənin mövcud şərtlərdə bitməsini istəməyən İsrail Qalibafı SEPAH-ın hədəfinə çevirməklə ABŞ-ın danışıqlar planını pozur: "ABŞ-la danışıqlara İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf rəhbərlik edir" məlumatının "Yerusəlim Post" nəşri tərəfindən yayılması da bu kontekstdə diqqətçəkəndir.
İran rəhbərliyində növbəti "qurban" Qalibaf ola bilər. Trampın "5 günlük müddətdə" isə müharibənin gedişi müəyyənləşəcək.

Sosial       Tarix: 24 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF

Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı əlavə dəyərin 12,2 milyard manata, xarici turistlərin ölkəd

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu kriminal bugun kriminal xeberler xeberler bugun 2026