"İran Rusiyaya silah satmayacağına TƏMİNAT VERDİ" - Kuleba
"İran Rusiyaya silah satmayacağına təminat verib".
KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığından sonra Twitter-də yazıb.
İran Ukraynaya qarşı müharibə üçün ortaqlar vasitəsilə Rusiya Federasiyasına silah tədarük etməyəcək.
"İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır və mövcud münaqişənin diplomatik həll yolunu dəstəkləyir. Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı ittihamları təkzib etdiyinə, eləcə də Ukraynaya tibbi heyət göndərdiyinə görə minnətdaram", – deyə Kuleba bildirib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, ruslar ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalan, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün kanal yaradırlar.
Gürcüstanda da əmindirlər ki, Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək etmirlər.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq