İran səfiri: Dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcək

İran səfiri: Dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcəkİranın Azərbaycandakı səfiri Azərbaycanlı investorların kənd təsərrüfatı sahəsinə marağına toxunaraq, dəmir yolu yük terminalını tərəflər arasında tranzit və iqtisadi əməkdaşlıq üçün zəruri sayıb və onun yaradılması istiqamətində iş aparıldığını bildirib.
azxeber.com xəbər verir ki, İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Ərdəbilin valisi Məsud İmami Yegane ilə görüşündə hər iki ölkə investorlarının müxtəlif sahələrə, xüsusilə kənd təsərrüfatına sərmayə yatırmağa maraqlı olduğunu bildirib.
O qeyd edib ki, bu çərçivədə dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcək.
Səfir əlavə edib ki, Ərdəbil vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud ortaq cəhətlər nəzərə alınaraq, iqtisadi, mədəni və tranzit istiqamətində müxtəlif mövzular Azərbaycan tərəfi ilə müzakirə olunacaq və gündəmdə saxlanılacaq.
Ərdəbilin valisi Məsud İmami Yegane də görüşdə bu vilayətlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və tranzit əməkdaşlığının inkişafı yollarına toxunub. O deyib ki, Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə ən uzun ortaq sərhədə malikdir və bu ölkə ilə iqtisadi, mədəni və tranzit əməkdaşlığın genişləndirilməsi vilayətin prioritetlərindəndir.
Ərdəbil valisi logistika dəmir yolu terminalının işə salınmasını hər iki tərəfin xeyrinə hesab edib və əlavə edib ki, Azərbaycanın qonşu ölkə kimi yanaşması və qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub. Onun sözlərinə görə, dəmir yolu terminalının istifadəyə verilməsi ilə tərəflər arasında idxal və ixracın həcmi artacaq.
Qeyd edək ki, İran və Azərbaycan prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan dəmir yolunun xətti İran ərazisində Parsabadadək uzadılacaq və gələcəkdə Ərdəbil–Parsabad dəmir yolu vasitəsilə İranın ümumi dəmir yolu şəbəkəsinə birləşdiriləcək.
Bu layihənin həyata keçirilməsi və Parsabad terminalının inşası ilə həmin ərazi İranın və region ölkələrinin ixrac və tranzit yüklərinin toplanması və daşınması mərkəzinə çevriləcək. Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə təxminən 380 kilometr ortaq sərhədi var və Biləsuvar gömrük keçidi bu vilayətin yeganə aktiv sərhəd keçidi sayılır.
//apa

Siyasi       Tarix: 26 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az son xeberler az xəbər az bugünki xəbərlər