İran Xəzərdə gəmilər üçün rüsumları endirir
İran Xəzər dənizində Ro-Ro gəmilərinə (təkərli nəqliyyat vasitələrinin daşınması üçün gəmi) 1 il ərzində 80% endirim edəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Fərhad Müntəsər Kuhsari deyib.
F.M.Kuhsarinin sözlərinə görə, bu endirimlər hüquq, rüsum və digər sahələrdə olacaq.
O əlavə edib ki, İran limanlarında Ro-Ro gəmilərinin yan alması üçün potensiallar yaradılıb:
"İranın Limanlar və Dənizçilik Təşkilatı yük maşınlarının İranın magistral yollar və quru sərhəd buraxılış məntəqələrindən limanlara köçürülməsi, həmçinin İranın şimal limanlarından yük maşınlarının (boş və dolu) Xəzəryanı ölkələrə birbaşa daşınması istiqamətində bu addımı atır".
Təşkilat rəsmisi deyib ki, Xəzər dənizində fəaliyyət göstərən gəmiçilik şirkətlərinin gəmiçilik xətləri yaradaraq bu imkandan faydalanacaqları gözlənilir.
Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Əmirabad limanında inşa olunan İranın ilk dəniz-dəmiryolu (Train Ferry) platforması artıq təkmilləşməkdədir. İranın Limanlar və Dənizçilik Təşkilatı çoxməqsədli nəqliyyatın formalaşması, Orta Asiyadan beynəlxalq sulara İran vasitəsi ilə ticarət, neft maddələri və sairə məhsulların tranzitinin artırılması, eləcə də bu istiqamətdə dəmiryol nəqliyyatından istifadənin olunmasına çalışır.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar