İranda prezident seçkiləri başa çatdı

İranda prezident seçkiləri başa çatdıİranda prezident seçkilərində səsvermə yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə saat 01:30) rəsmən başa çatıb. Bu halda bəzi məntəqələrdə hələ seçicilər və məntəqə üzvləri işləməyə davam edirlər.
Bu barədə seçkilərin keçirilməsi üzrə qərargah şənbə günü bildirib. "Səsvermənin keçirilməsi sona çatdı. Hazırda səsvermə yalnız seçicilərin olduğu məntəqələrdə davam edir", - gənc jurnalistlər klubu bildirib. Səsvermə cümə günü yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30) başlanıb və saat 00:00-a (saat 23:30) qədər davam etməli idi, ancaq seçki məntəqələrinin işinin müddəti səsvermənin tam başa çatmamasına görə uzanıb. Bu halda IRIB teleradioyayım şirkəti bildirib ki, seçki məntəqələrinin əksəriyyətində artıq iş qurtarıb, indi səslərin hesablanmasına başlanılıb.
Yerli vaxtla saat 02:00-a (Bakı vaxtı ilə saat 01:30) olan məlumata görə, seçkilərdə 28,4 milyon seçici iştirak edib. Ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 59,31 milyon nəfərə yaxındır. Beləliklə, seçkilərdə iştirak təxminən 48 % təşkil edib.
Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.
Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.(Report) /publika.az

Dünya       Tarix: 19 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xabar az valyuta mezennesi banklar xeberler bu qun